Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

144 syf.
10/10 puan verdi
·
Beğendi
Azərbaycan üçün!
Təsəvvür edin.. Qarşınızda qaranlıq bir qapı vardır. Qapını açmaqla siz ən böyük cəsarəti işlətmiş olursunuz. Tarixin kuliminasiya səviyyəsinə çatmış dövrünü izləməyə, müəllif sizi vadar edəcək. O, müəllif ki 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Bəli, bəli unutdurulmağa çalışan şəxs. Məmməd Əmin Rəsulzadə!
Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade
"Əsrimizin Siyavuşu" əsəri
Əsrimizin Siyavuşu
Əsrimizin Siyavuşu
özündə nəinki tarixi hadisələri, həmçinin müəllifin emosional arzu-istəklərini, humanist düşüncələrini,milliyətçilik fikirlərini, Bütöv Azərbaycan arzusunu bir yerdə cəmləşdirir. Məmməd Əmin Rəsulzadənin "Şahnamə"(Firdovsi
Firdevsi
Firdevsi
) ilə Əsrimizin Siyavuşu -Azərbaycan Xalq Cümhuriyyətinin hadisələrini eyniləşdirib,oxuculara bu formada çatdırması əlbət ki, özünəməxsus forma yaradır. "Şübhəsizdir ki,bir gün həqiqət parıldayacaq"-deyirdi Məmməd Əmin Rəsulzadə! Etdiyin işlər üçün, bütöv və müstəqil Azərbaycan üçün,bu gün üçün çox sağol! Axı, sən bizə bu dövləti,bu torpağı vəsiyyət etmisən! Necə ki, sən deyirdin: "Əvət,ey vətəndaşlar! Və dolayısıyla sizlər,ey gələcək nəsil,ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var.Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:-Bir kərə yüksələn bayraq bir daha enməz!" Kitabı oxuyarkən keçirdiyim hissləri heç bir cür izah etmək mümkün deyildir. Hansı ki,bu hislər bir daha mənə səni tanıdığıma sevindirir. Səni unutmayacağima,unutdurmayacağima vadar edir. Əminəm ki,bir gün görüşəcəyik. O,zaman sənə çoxlu suallarım olacaq, əfəndi! Ruhun şad olsun!
Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade
Əsrimizin Siyavuşu
Əsrimizin Siyavuşu
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 024 okunma
·
1 artı 1'leme
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.