Gönderi

132 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
İntihara aparan " yol "
İlk növbədə onu qeyd etmək istəyirəm ki, kitab bu janrdakı digər kitablardan bir çox tərəfi ilə kəskin fərqlənir. Bunları bir neçə başlıq altında cəmləşdirmək olar. 1.Kitab Hitlerə bir nəfəs qədər yaxın olan insan tərəfindən qələmə alınıb. 2.Kitabda Hitlerin insani keyfiyyətləri dəyişdirilmədən, gizlədilmədən qeyd edilir. 3.Hadisələri anlamağımız üçün bəzi hissələr şəkillərlə zənginləşdirilib. (Burda biz Hitlerin göstərilməyən daxili aləmini və müsbət insanı keyfiyyətlərini görürük) Kitabda diqqət çəkən önəmli nuanslardan biri bunların ancaq xatirələrdən ibarət olmasıdır. Bu kitabda heç bir siyasi fikir və ya fiqur biri digərindən üstün tutulmamışdır. Kitab müharibəpərəst deyil sadəcə Hitlerin sürücüsü tərəfindən yaşanılmış xatirələrin kitab forması ilə yenidən canlandırılmasından ibarətdir və tamamilə obyektiv şəkildə qeyd olunub. Biz bu kitabda imperiyanın müharibəyə daxil olmamışdan əvvəlki zamanından Hitlerin ölümündən sonrasında ki əsgərlərin mühakimə edildiyi ana kimi olan zamanı çox aydın və gözəl ifadə edilmiş formada görürük və onu demək istəyirəm ki görmək yaşadıqlarımı ifadə etməkdə çox aciz qalır biz bir növ kitabı yaşayırıq o çarəsizliyi, o bombarduman altında daima ora-bura qaçışan insanları, qırmızı ordunun top mərmilərinin havada uçuşmalarını hər anı orda olmuşuq kimi yaşatmağı bacaran gözəl bir əsərdi. Müharibə zamanı bir çox insanlıqdan çıxan hərəkətlər və qerarlar alındı bundan əlavə ss'lərin xüsusi amansızlıqları və s daxildir. Bu reallıqlara tamamilə qatılıram ama mən Hitlerin öz insanı keyfiyyətlərinə toxunmaq istəyirəm. Hitler müharibənin ilk günündən müharibənin son gününə kimi, Qızıl ordu imperiyanın qəlbi olan Berlin qapılarına dayandığı ana kimi özü xüsusilə cəbhəyə gedir, əsgərlərə ümid verir və silah yoxlanışlarını edirdi və bunu ətrafındaki hər kəsin qəti bir şəkildə qarşı çıxmasına rəğmən edirdi. Hitler ilk zamanlar zirehli maşın işlətməyəcək qədər xalqına güvən bəsləyən, öz xalqını sevən, sonralar yaxınları arasında sadəlövhlüyü ilə gözə çarpan manipulasiyası ilə güclü olan ölkəsini düşünən bir əsgər idi. Müharibənin son anına kimi Hitleri Berlindən çıxarmaq üçün sualtı gəmilər, təyyarələr, maşınlar ayrılmışdı ama buna baxmayaraq, Hitler heç vaxt buranı tərk etməyəcəyini deyirdi. Generalları ən yaxınları tərəfindən ciddi basqılara rəğmən son an’a kimi imperiyanın qəlbini tərk etməməyi seçmişdi, hətta Hitlerin fikrini dəyişə bilməsi ehtimalına görə Hitler üçün hazırlanmış 12 təyyarənin 2si Berlini tərk etməyib orda qalmışdı, geri qalan 10 təyyarə isə Hitlerin təlimatı ilə uşaq və qadınlarla birlikdə Berlini tərk eləmişdi. Biz bununla yanaşı əzmkar və cəsarətli alman xalqınıda görürük. Qızıl ordu Berlin qapılarına kimi dayanmağına baxmayaraq onlar hələdə iş yerlərinə getməyə davam edib, əllərindən gələni edirdilər. Buna müharibənin ən ağır zamanı, Berlinin ən güclü bombalanması zamanı belə davam etməyi özlərinə şərəf borcu bilmişdilər. Biz sonda kitabda xainlik və sevgi kimi təzad uzaq anlayışları eyni anda yaşayırıq. Bir tərəfdən Hitlerin ən yaxın generallarından bəziləri ona etdiyi xainliklər, bir yandan isə müharibə zamanı tanış olduğu Eva adlı sevgilisinin Hitleri müharibə zamanı tək buraxmamaq üçün yanına gəlməsi və müharibənin sonuna kimi onunla olmağı seçməsi və bununla qalmayıb Hitlerin taleyini öz taleyi kimi qebullanmış və birlikdə ölümü Hitlersiz yalnızlığa seçmişdi. Kitabın sonunda ortaya çıxan bu kimi təzadlıqların arasında ki gözəl ama bir o qədər də kədərli harmoniya oxuyucuları dərin bir kədər ilə baş-başa buraxır. Kitabın sonunda onu demək istəyirəm k, kitab Hitleri obyektiv şəkildə tanımağımız üçün çox faydalı bir mənbədir. Müharibəni bir növ Hitlerin gözündən görmək və Hitlerin insani keyfiyyətlərini və onu intihar etməyə aparan psixologiyanı görmək istəyirsinizsə bu kitaba bir şans verməlisiniz.
Hitleri Mən Yandırmışam
Hitleri Mən YandırmışamErich Kempka · Mücrü Nəşriyyatı · 20217 okunma
·
1 plus 1
·
71 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.