·330 syf.··Beğendi
···Okunma: 16 Kasım 2023 09:30 Livanelinin oxuduğum 5ci əsəridi. Ümumiyyətlə türk yazarların çox oxumamağıma rəğmən,Livaneli'nin yazı üslubun çox sevirəm. Biraz dedektiv tərzdə yazılmağına baxmayaraq,əsasən sevgi hissinin insan üzərində təsirindən bəhs edib. Hadisələrin gedişatı və ssenari olaraq güclü olduğu qənaətinə gəldim. Ümumiyyətlə Livanelidə yaşlı kişinin gənc qıza qarşı eşq bəsləməsinə çox rast gəlirəm,ümid edirəm yazar özündən bəhs etmir obrazlarda :d Əgər ilk dəfə Livaneli'dən oxumaq istəsəniz Serenaddan başlamanızı məsləhət görərdim amma.