Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
10/10 puan verdi
·
30 saatte okudu
Daha bir çox axıcı kitab. O qədər gözəl yazılıb ki, həm o dövrün həyat tərzini, həm də obrazları aydın şəkildə təsəvvür etmək mümkündür. Kitabın üz qabığıyla əsərin heç bir əlaqəsi yoxdur. Nuriyyənin azad ruhlu, oxumuş və öz ayağı üstündə duran personaj kimi təqdim edilməsi o dövr üçün inanılmaz bir şey idi. Əsərin əvvəlindən sonunadək ona heç bir mənfi fikirdə olmadım. Çünki onun hissləri yalnız qəlbində idi, dilinə gətirmirdi. Muradın həyat yoldaşı Səadətlə Nuriyyənin dialoqu əsərin zirvə nöqtəsi idi. Həm də bu onun necə yetkin, nəcib bir insan olduğuna işarə idi. O hissəni oxuyanda dedim ki, bu necə bir kamillikdir axı. Kim belə ürəyə sahib ola bilər? Onun belə cəsur addımı məni bu obraza daha da aşiq etdi. Murad da cəsarətli idi. Amma atdığı bəzi addımları ilə onu Nuriyyəyə heç yaraşdırmırdım. Ciddi söhbətlərdən savayı gülməli dialoqlar da var idi. Hələ Nurəddinin həyat yoldaşı ilə söhbətləri hər dəfə mənə əsl Azərbaycan ailəsini xatırladırdı. Sonluqda Nuriyyəyə daha başqa həyat arzulayırdım. Bir tək yaxşı olan şey onun çoxdankı arzusunq çatması idi. Amma şəxsi həyatı ilə bağlı fərqli şeylər düşünürdüm. Əsl xoşbəxt olmağa layiq bir obraz idi.
Söyüdlü Arx
Söyüdlü Arx
İlyas Efendiyev
İlyas Efendiyev
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
·
108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.