Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

224 syf.
7/10 puan verdi
·
5 günde okudu
Sonunda bitdi
Dostumun "Sən dram sevirsən,məsləhətdi" deməyi ilə başladım kitaba. Amma dram sevən məni belə yordu kitab bəzi yerlərdə. Xüsusilə həkimlə olan hissələrdə insan öz-özünə olmasa da olarmış deyir.Balaca qızcığazla Zeynəbin psixolojik söhbətinin kitabın məzmununa nə kimi bir qatqısı olduğunu isə anlaya bilmirəm. Bu mənim ixtisasımlada əlaqəli ola bilər amma bəzi hissələr sanki bilinərək dramlaşdırmağa çalışılıb və bu da nəticədə lüzumsuz xırdaçılığa səbəb olub. Bizim ixtisasın insanları oxuduqda nəyi nəzərdə tutacağımı anlayacaqlar deyə düşünürəm. Səni sevirəm sözündən soyutdu məni kitab desəm yeridi)) Sadəcə iki-üç gündür tanıdığın birini bu dərəcə sevmək nə məntiqən nə də qəlbən normal hesab edilmir o ayrı məsələ. Yəni məncə sırf sevgi göstərmək üçün işlənmiş hissələrdi mənim gözümdən baxsaq. Amma bütün bunların yanında kitab lazımınca axıcı və diqqətəlaiqdi. İnsanlara aşılamaq istədiyi düşüncələr hər nə qədər uzun-uzadı olsa da günün reallıqlarıdı. Kitabın ən sevdiyim tərəfi isə Enesin monoloqlarından ibarət hissəsi oldu. Əgər boş vaxtınız varsa, və gözlərinizin azca dolmasını istəyirsinizsə, oxuyun yox mənim kimi boş vaxtınız yoxdursa və imtahanların ortasındasınızsa, başqa vaxtda oxusanız olar, bir şey itirməzsiniz)))
Üzümlü Kek
Üzümlü KekAşkım Kapışmak · İnkılap Kitabevi · 2016759 okunma
··
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.