Allahsızlar şəhəri təhlil.
10/10
·100 syf.··
Beğendi
·
2023 1. kitabı
·
4 saatte okudu
·
Okunma: 24 Kasım 2023 15:12
Öncəliklə kitab haqqında ümumi görüşlərimi qeyd etmək istərdim daha sonra "Allahsızlar şəhəri" kitabının obrazlarını təhlil edəcəm. Uraqanın qələmə aldığı Allahsızlar Şəhəri özündə dərin mənalar kəsb edən bir əsərdir. Hər kəsə oxuması üçün tövsiyə edirəm. Müəllifin bu kitabda bizlərə vurğulamaq istədiyi bir çox mühüm mövzu var. Kitab günümüzü əks etdirir. Ümid edirəmki yazıçımız tez bir müddətdə daha yüksək zirvələrə çatar. Uraqanın yazı dili çox asan və sadə olduğu üçün güman edirəmki hər kəs tərəfindən aydın bir şəkildə başa düşülür. Bu axıcı kitabı bir neçə saat ərzində oxuyub bitirə bilərsiniz. İndi isə Allahsızlar Şəhəri obrazlarını təhlil edəcəm. İlk olaraq ölüm dükkanı- əslində dünyada bir dükkandır və bu dükkanda bizə verdiklərinin qarşılığında bizdən zamanımızı alır. Necəki ölüm satdığı siqaret araq və.s qarşılığında insanların ömürlərindən alırdı eynilə dünyada bizə şirin və aldadıcı zövqləri satır və qarşılığında zamanımızı alır. Buna misal olaraq sosyal şəbəkələrdə klublarda boşa keçən vaxtımızı örnək göstərə bilərəm. Nəfs- nəfs insanın içində gizlənmiş ən böyük düşmandır iradə nəfsə qarşı həmişə mübarizə aparır ama təəssüfki insan nəfsinə məğlub olur və iradəni öldürür. Həqiqət- hardasa belə bir cümlə oxumuşdum "günlərin bir günü yalan həqiqəti aldadıb çimmək üçün dərəyə gətirir aradan bir müddət keçir yalan sudan çıxır və həqiqətin paltarını geyinərək oradan uzaqlaşır həqiqət nə qədər qışqırsada yalan geri qayıtmır. İnsanlar çılpaq gördükləri həqiqəti qınamağa başlayır. Bu vəziyyətdən utanan həqiqət qaçıp bir quyunun dibində gizlənir. O gündən bəri yalan həqiqətin paltarında insanların içində gəzir" biz insanlar həmişə şirin yalanı acı həqiqətdən üstün tuturuq. Şeytan- şeytan əslində biz özümüzük şeytan bizim içimizdə gizlənib biz ondan qurtulmaq istəmirik çünki bu bizə xeyr etmir öz mənfəətimiz uğruna insanlardan istifadə edirik sonra isə heç nə olmamış kimi bu çirkin əməllərə davam edirik. Güc və ağıl- güc və ağıl təklikdə heçnə ifadə etmir . Yalnız birlikdə olarsa insan idarə etmə qabiliyyətini əldə edər. Ağıl çox təəssüfki yanlış məqsədlər üçün istifadə edilir. Qorxu- insanlar qorxularının üstünə getməlidirlər. Bunu bacarmasalar heç nəyə nail ola bilməzlər. Eşq- eşqin gözü kordur. Heç zaman onu həqiqətən sevənləri sevmir həmişə xəyanət edənləri sevirlər. Maraq- insanın başına gələn bütün pisliklər maraqdan gəlir . Güvən- insanlar xəyanət edərək güvəni öldürdülər. İnsanlar arasında artıq inam qalmayıb. Həqiqət gözümüzün önündədir lakin biz ona inanmaq istəmədiyimiz üçün onu uzaqlarda axtarırıq. Ölüm haqlı idi. Cəmiyyət öz mənfəəti üçün xəstə yaltaq pis insanlar yetişdirir. Oysa gələcək üçün sağlam iradəli güclü və ağıllı insanlar lazımdır. Bunun üçün özümüzün mənfi xüsusiyyətlərini dəyişdirməliyik. İçimizdəki şeytana məğlub olmamalıyıq. Nəfsimizin bizi ələ keçirməsinə icazə verməməliyik. Həqiqəti uzaqlarda axtarmağa ehtiyac yoxdur. O burda gözümüzün qarşısındadır. Sağlam cəmiyyət üçün hər kəs ilk öncə özündən başlamalıdır. Hər kəs dünyanı dəyişdirmək cəmiyyəti dəyişdirmək istəyir lakin heç kəs dəyişməyə özündən başlamır. Biz həmişə qarşıdakı insanda mənfi axtarırıq ancaq təəssüfki öz mənfilərimizi həmişə göz ardı edirik. Bu kitab insanı öz əməlləri barədə ətraflı düşünməyə vadar edir. Kitabda mənim çox xoşuma gələn belə bir cümlə oldu "İntihar etməyin çox böyük günah olduğunu deyirlər, bəs insanları intihara sürükləmək nəyə görə günah sayılmır?" Bir insanı öldürmək üçün onun ruhunu öldürmək kifayətdir mənə görə. Bir insanın hislərini məsxərəyə qoymaq o insanı alçaldan təhqirlər etmək mənliyinə toxunmaq yaşama hissini öldürmək ən böyük cinayət deyilmi? İnsanı intihar etməyə sürükləmək özü böyük bir günah deyilmi? Bəs insanlar niyə bunları bir dəfə olsun düşünmədən yaşayır? Həyat mənim gözümdə bumeranqdır bir gün hamı öz yaşatdığını yaşayacaq. Ona görə çalışın heç kəsin ahına səbəb olmayın. İnsan olmaq ən çətin peşədir. Bu yolda bizə kitablar kumpas ola bilər. Cəmiyyəti dəyişdirmək üçün özümüzdən başlayaq. İnşəallah belə faydalı kitabların ardı gələr. Bir sonraki hədəfim cəhənnəmin xəritəsidir xoş mütailələr. Allahsızlar Şəhəri Uraqan
Kitap
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020230 okunma
··
110 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.