Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

672 syf.
·
Puan vermedi
·
Beğendi
·
25 günde okudu
Cinayət və Cəza
Hər kəsə salam. Daha öncə bu əsəri 20 yaşımda olanda oxumağa başlasam da, yarıda saxlamışdım. Görünür daha zamanı deyilmiş. Lakin kitabı 10 il sonra oxumağım o zaman üçün doğru qərarı verdiyimi təsdiqləyir. Yazarın Roskolnikov nümunəsində şəxsiyyətin cəmiyyətlə mübarizəsi , etdiyin əməlin, konkret olaraq, bir şəxsin öldürülməsinin mənfi bir nəticəsinin kimisinə görə qazanc, şöhrət,güc gətirdiyi halda, kimisinə görə cinayət hesab edilib, cəzaya məhkum edilməsini vərəqlədiyim hər səhivədə oxucuya ustaca çatdırmasını bir daha şahidi oldum. Əsərdə sosial-iqtisadi çətinliklərin və mənəvi boşluqların paralelində təhsil alan, anası və bacısının yeganə ümidi olan bir tələbənin isyanı, mövcud vəziyyətlə barışa bilməməsi və yekunda öz təxəyyülündə yaratdığı iki qruplu cəmiyyətin əsas qrupundakı "insan" olmağa çalışmaq istəyinin arzuolunmaz nəticəyə gətirib çıxardığını görürük. Hər bir əməlin mükafatı olduğu kimi, cəzası da vardır. Bəlkə də, bu cəza elə mükafatdır?! Necə ki, Roskolnikov deyirdi - " Cəsarətli olsaydım törətdiyim əmələ görə edilən basqılara dözər və Napoleon və digərləri kimi qalib olardım. Mükafatlandırılardım. Lakin bunlara dözəcək cəsarətə və gücə sahib olmadığım üçün təslim olmağı seçirəm". Təxminən onun fikirləri bundan ibarət idi.8 il katorqa cəzası, sürgün ona anasının itkisi və Sonya qazancını verdi. Cəza həm də mükafat oldu. Xoş mütaliələr
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Parlaq İmzalar · 2021159,2bin okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.