Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

168 syf.
8/10 puan verdi
·
Beğendi
·
164 günde okudu
Postmodern ədəbiyyatla tanış olandan sonra klassiklərə marağım ciddi şəkildə azalıb. "Anna Karenina"ya səsli şəkildə qulaq asandan, "Aqibət duyğusu"nu oxuyub bitirəndən sonra isə bu istəksizliyim daha da möhkəmləndi. Bu kitab isə məni məndən aldı. Eyni zamanda da məni özümə qaytardı. Bir kitabsevər olaraq duyduğum ən böyük həzz, oxuduğum əsərlərdə özümdən bir parça tapmaqdır, bir çoxunuz kimi. Aylar öncə bir kitab klubunun müzakirəsi üçün böyük ləzzətlə oxumağa başlamışdım bu əsəri, sonra təəssüf ki, bəzi səbəblərdən yarımçıq qaldı. Əsərin mövzusu yaddaşımızın, dolayısıyla beynimizin bizə oynadığı oyunlarla bağlıdır. Xatırlamadığımız və ya yanlış xatırladığımız, ya da duyğularımızın təsiri altında yanlış yozduğumuz nüansların xoşbəxtliyimizə necə təsir edə biləcəyi ilə bağlı. Mənim kimi bəzən hisslərin təsiri altında məsələlərə radikal yanaşan (istər müsbət, istər mənfi tərəfdən) birisinə bir çox şeyi xatırlatdı bu əsər. Əsərdəki xüsusən bu hissə bir çox şeyi özətləyir: "Həmin vaxt — bir müddət sonrayacan da —bütün bunları kimsəylə bölüşə bilmədim. Marqaret əbəs yerə deməyibmiş: "Öz işindir, Toni..." Doğurdan da, ömrümün bütöv bir hissəsinə mən özüm yenidən qiymət verməliydim, yeganə həmsöhbətim öz vicdanım olacaqdı."
Aqibət duyğusu
Aqibət duyğusuJulian Barnes · Yay · 02,234 okunma
·
1 artı 1'leme
·
99 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.