Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Küsəyən...
Eşqin özündədir Qəribə sirlər, Məgər şirin sözdən Küsərmi insan? Artar küsəyənin Payı, - deyirlər. Sənə sevgim artır Sən küsən zaman! Bəzən yol açırsan Kimsəsizliyə, Qalıram dəryada Tək ada kimi. "Xudafiz" - deyirəm, Bilmirəm niyə, Səninçin səslənir "Əlvida" - kimi?! Sənə tapılarmı Tay küsəyənim? Qulluq edənim yox, İş görənim yox. Axı sən küsəndə Ay küsəyənim, Mənim küsü aşı Bişirənim yox! Eyni ürək vurur İki sinədə, Mənim bir sevimli Küsəyənim var. Səhər ayrılırıq Axşam yenə də Küsəyən adında Gözləyənim var!
Sayfa 238 - LiderKitabı okudu
·
265 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.