Puan vermedi·96 syf.··
2023 26. kitabı
Lev Tolstoy-"İnsan Neyle Yaşar?" kitabını bitirdim.Qısa həcmli olmasına baxmayaraq bütöv bir həyat yaşadır.Nə də olsa köhnənin dahi yazarı yazıb.Nə gözləməliydik elə deyil?) Kitab çox sadə dildədi.O qədər rahat anlaşılır ki,hətta 1 saat içində belə bitirmək olar.Sevgi,acgözlülük,yaxşılıq və "yaxşı insan olmaq",Tanrının varlığı,insanın dünyadakı yeri kimi mövzuları özündə ehtiva edir.Bu qısahəcmli əsəri oxuyanda necə deyərlər sanki kənardan durub öz həyatımızı müşahidə edirik.Nəyin doğru,nəyin yanlış olduğunu analiz etmək şansı verir bizə.Üstəlik verdiyi suallar sözün əsl mənasında "düşünən" insanlar üçün qaranlıq yolda işıq görməyə bənzəyir. Kitabda 4 hekayə verilib.İlk hekayənin adı elə kitabın adıdır.Bu hekayədə bizlərə 3 sual ünvanlanır: 1.İnsanın içində nə vardır? 2.İnsana nə verilməyib? 3.İnsan nə ilə yaşayır? Bu sual Tanrı tərəfindən mələklərinə və bəndələrinə,yazar tərəfindən də oxuculara ünvanlanır :) İkinci hekayədə bir kral olur.Kral 3 sualın cavabını tapmaq istəyir.Suallar belədir: 1.Doğru zaman nə vaxtdır? 2.Dinləməli olduğu insan kimdir? 3.Kimlərdən kənar gəzməlidi? Beləliklə bütün ölkəyə xəbər verir ki,kim mənə bu sualların cavabını versə,ona mükafat verəcəm.Ölkənin bütün alimləri,dahiləri,bilmişləri kralın hüzuruna gələrək öz fikirlərini deyirlər.Lakin heç biri kralı qane etmir.Beləliklə o özü bu sualların cavabını tapmaq üçün meşənin dərinliklərində yaşayan bir qocanın yanına gedir.Və burada həm kral,həm də mən bu sualların cavabını tapıram) Üçüncü hekayə Hindistanda olan bir qəhvə dükanında cərəyan edir.Dünyanın müxtəlif yerlərindən gələn əcnəbilər bu dükanda oturaraq söhbət edərmişlər.Günlərin bir günü iranlı bir alim də həmin dükana gəlir.O Tanrı haqqında çox düşünüb.Əvvəlcə var olduğuna inanıb,sonra isə onu inkar edib.Beləliklə dükanda o özüylə gətirdiyi ilahiyatçıya sual verir ki,"Səncə Tanrı var?" İlahiyatçının verdiyi cavab üzrə münaqişə başlayır.Dükanda olan hər kəs öz dinini və Tanrısını müdafiə etməyə başlayır.Əslində kitab boyunca ən sevdiyim hekayələrdən biri məhz bu oldu.Verdiyi mesajlar,incə ironiya o qədər gözəl idi ki.Əslində inanc qəlbimizdədi.Bir din digərini təhqir etmir,alçaltmır yaxud qadağa qoymur.Bunu edən insanlardı.Dini öz tərəflərinə çəkən,özlərinə sərf edən şəkildə təbliğ edən "dindarlar".Halbuki sevildikdən,inandıqdan,hiss edildikdən sonra bütün dinlər müqəddəsdir. Əgər qısa həcmli,sizi yormayan,ancaq düşünməyə vadar edən bir kitab axtarırsızsa,ən doğru seçim məhz bu kitab olacaq :) Kitabı oxumazdan əvvəl də bu sualları özümə verdim.Bitirdikdən sonra da.İkisi arasındakı fərq insanın özü və olmaq istədiyi arasındakı fərqə bənzəyirdi :)
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024234,5bin okunma
·
52 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.