Puan vermedi·592 syf.····Okunma: 10 Aralık 2023 19:07 “Niye ki bu bitmek bilmez yaratış,
Yok olacaksa, bir gün her yaratılmış!”
-dedi, Mephistopheles.
Həyatımızın bir mənası varmı? Yaşadığımız həyatda mövzud olduğumuz üçün məmnun olmalıyıq, yoxsa, sadəcə var olduğumuz üçün minnətdar olmalıyıq ?
Bu kitabı fəlsəfə tarixidir deyə düşünüb, gözünüzdə böyütməyin.
Əgər həyata qarşı suallarınız varsa, mənim kimi oxumağa başlamağınızı tövsiyə edirəm. Çünki beynimdə hədsiz sual var idi və bu kitabla bir çoxuna cavab tapmış oldum.
•Kitab fəlsəfənin "təməl daşları" olan abilerimizle başlayır. Onların düşüncələrini aydın və tərəfsiz şəkildə verməyə çalışıb yazar. Onların düşüncələrini oxuyun və tərəfinizi seçin :)
✓Tarixdə qadın fəlsəfəcilər olmadığını bilirəm. (Varsa mənə məlumat verməyinizi xahiş edirəm)
Amma bunun olmasının nə kimi səbəbləri var, bunu da yazar göstərir..
Kitabda "Genç Werterin acıları", "Faust"dan sitatların olması çox xoşuma gəldi. Çünki oxuduğum əsərlərdən izah verilməsi düşüncələrimə aydınlıq gətirirdi.
Özünüzü axtarırsınızsa, həyatınızın bir məna kəsb edib-etməməyini öyrənmək istəyirsinizsə, düşünürəm bu kitab sizə 'aydınlıq rəmzi' olacaqdır.
Onu da deyim ki, kitab sizi düşüncələrə qərq edəcək. Bir az yavaş oxuyun, amma onu anladığınız an beyninizdə yeni qapılar açılacaq.
Düşünüm ki, əsəri necə qəbul etmək də sizin ruhumuzdan asılıdır. Hansı ki, oxuduqdan sonra həyatın ancaq qara tərəflərini, ya da ancaq ağ tərəflərini görə bilərsiniz.
Mən boz çalarları görməyi seçirəm, həyatın ağı da, qarası da yaşamın bir parçasıdır. Bunları bilərək yaşamaq, səni ona hazır hiss etdirməsə də, onun mövcudluğundan xəbərdar olursan.
Bəyaz günlərinizin bol olmasını diləyirəm. :)
~Bu qədər fəlsəfə haqqında danışdıq. Mənim də fəlsəfəmi bilməyinizi istərdim. Yəni bu kitabı oxuyub da, öz düşüncələrimə yer verməməyi sizə qarşı haqsızlıq hesab edirəm.
•Deməli, əziz oxucu, bu yazını oxuyursansa, sənə həyatın ancaq gözəl tərəflərini ya da onun sadəcə bir çirkabdan ibarət olduğunu deyəcəyimi gözləmə. Çünki mən hadisələrin baş vermə səbəbini çox zaman müsbət qavrayıram. Başıma nə gələcəksə, bunun yaxşılığım üçün olacağına inanıram. Amma bu da o demək deyil ki, yıxılıramsa, bu mənim yaxşılığım üçün baş verib. Nəyə görə yıxıldım?- sualını özümə verməyə çalışıram. Və mən necə qalxacam?
Bu sualları vermədən, başıma gələcək hadisələri "yaxşılıq" qavramı ilə düşünməyim acizlik olardı.
Amma dəyərli oxucu, burdasansa, həyata qarşı sualların var deməkdir. Və bu sualları öz'ün beynində aydınlaşdırmalısan. Bunu edəcəyinə inanıram. Bu yolda yalnız deyilsən və yaşayaraq kəşf etməyə davam et.
~Bu yolda sənə uğurlar..