Gönderi

687 syf.
10/10 puan verdi
·
33 günde okudu
Spoiler var!! Özdə dəhşətli **Kitab möhtəşəmdir zatən deməyə gərək yoxdur. Ən başlıca klassikadan biridir. *Çox ara buraxaraq oxudum (lənətə gəlmiş olmayan bir həyat problemləri və gələcəkdə robot olmağım üçün imtahanlar) *** Qaramsar bir insan olaraq indi daha da iç çəkişmələrinə girəcəyim 100/100-dür. Həyatın başqa bir incələməsinə və bir qatilin necədə əxlaqi olaraq tutarlı ama qanuna uyğun olaraq tutarsız əsasla bir cinayətin içərisinə giririk. İlk başlarda yoxsulluqdan , sonralar bacısının evlənməsinə görə (Raskolnikov və anasının maddi cəhətdən çıxışına görə) eləcədə həmin anlarda "niyə bir cinayət haqqım olmasın ki? (Zatən yaxşı insan deyildi digər insanları qurtarmış oldum düşüncəsi) dönüşən bir iç çəkişmə. ***Cinayətdən sonra (məncə) sələmçinin bacısını öldürdüyü üçün peşmanlığa daha da qaranlıq bir ruh halına düşür. Və bu son dərəcə ciddi bir ruh halı olur. Əgər ki sadəcə (yenə məncə) sələmçini öldürmüş olsa idi teorisi tutardı. Çünki həmin vaxtlarda 'o niyə gəldi ki?' sualını verirdi özünə. Sonralar özüdə heç bilmirdi hansı hala düşüb. Heç kəslə bir diyaloq qurmamaqını əsas götürmək olar. Çünki insanın fikirləri beynində dayanmadan sürətlə hərəkət edir və allaq-bullaq olur ama dedikdə düz bir sujet xəttində olur (nə qədər qarmaqarışıq cümlə desə belə bir nöqtəyə gəlib çıxır). Raskolnikov sonralar Sonyaya danışır (danışır dedikdə mus-mus edir) artıq fikirləridə sabitləşməyş başlıyır bir çıxış yolu axtarmağa başlıyır. Svidrigaylov'un da bilməsi tam üstünə gəlir və artıq bacısı Dunya'da bilmiş olur. Ama bu iç çəkişmələri yenədə davam edir. Sadəcə öz daxili aləmində söhbət etdiyi üçün "dəli" olur. Çox ağıllı intellektual da demək olar. Ağıllı dəli intihar etməmə səbəbini tam anlamıyla çözə bilmədim (özümcə) , o qədər ağrı əzaba rəğmən. Fikri var əməli olmadı. Qəribə bir situasiya. Sonunu isə belə gözləmirdim tam mənası ilə xoşbəxt sonluq olmasa da. Xoşbəxtliyə gedən yol idi. **Onların xoşbəxtliyə getməsi mənim başımı ağrıtmasına gətirdi. Çünki o qədər sorğular oldu ki və həyati baxımından bir insan orda-burda gəzərkən reallıqdan qopub bu Raskolnikovu incəliyir. Hətta seçimlərimizi o həddə gətirib çıxara bilər ki seçmək istəməməyi seçim olaraq qəbul edib başqa şey seçirsiz. Heyif gec oxudum... Ruh halınızda absürt xoşbəxtlik varsa bu kitabdan sonra absürd melankolik olacağını qaranti eliyirəm.
Suç ve Ceza
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2022160,6bin okunma
·
108 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
kitabin ennnn sevdigim yeri Raskolnikovun Sonyanin onunde eyildiyi yerdi,Men senin deyil,insanligin cektigi acilarin onunde eyildim dediyi yer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.