Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Unutma.
Qoru yaddaşını, qoru əzizim, Sən mənim sevgimi yadında saxla. Viranə könlümü, sınıq könlümü, Uçuq bir ev kimi yadında saxla. Qoy qıvrım saçını yel dağıdınca, Barmağım darayan yatımda qalsın. Fikirli baxışım, fikirli üzüm, Qəmli şəkil kimi yadında qalsın. Məni bircə anlıq ansan, bəsimdir, Ona ki vaxt, imkan çatışdırarsan. Yadından çıxmasın mənim bu sevgim, Başqa sevgilərlə tutuşdurarsan. Təzə bənzətmə tap mənim sevgimə, Altı cəhət kimi saxla yadında. Yanmağı, itməyi səni yandıran, Vacib sənəd kimi saxla yadında. Mənim xatirəmi gizlət hamıdan, Lap göyün yeddinci qatında saxla. Yadında qalanı vergüllərindən Nöqtələrinəcən yadında saxla...🍃
Ejder Ol
Ejder Ol
·
91 görüntüleme
M.zade okurunun profil resmi
Nöqtələrinəcən yadında saxla...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.