·384 syf.····Okunma: 24 Aralık 2023 12:29 Kitab klubu müzakirəsi üçün bu qədər təriflənən yazıçımızın bu qədər sevilmiş əsərini oxuyub qələminə bələd olmaq istədim. Fəqət heyhat!
Əvvəlcə əsərin çox bəyənilən dili ilə başlayım. Əsərdən Azərbaycan dilinin lətafətini zərrə qədər ala bilmədim. Bu müəyyən qədər başadüşüləndir. Çünki hadisələr Azərbaycan cəmiyyətində cərəyan etmir. Ancaq yenə də bu "Hollivud" dili heç ürəyimə yatmadı. Ümumiyyətlə isə əsərdə təsirli bir cümləyə rast gəlmədim desəm yeridir.
İkincisi, detektiv yazıçılığı həqiqətən çox müşkül bir məsələdir. Bu mövzuda heç Aqata Kristi də xoşuma gəlmir. Oxucunu təbii bir şəkildə, ağlını xor görmədən əsərin içində həqiqətən əridib həll etmək hər yazıçının bacaracağı bir şey deyil.
Əsərin maraqlı bir mövzusu olduğu şübhəsizdir. Psixologiyaya marağı olan birisi olaraq personajların psixoloji analizləri, salınmış bəzi düyünlər çox xoşuma gəldi. Digəl ki, əsərin içi süni və zəif bir şəkildə doldurulub. Yazıçımız, Den Braun metoduyla aralara maraqlı faktlar (fun facts), yersiz intriqalar, ucuz romantika sərpişdirərək oxucunu gah güldürməyə, gah da təəccübləndirməyə çalışıb. "Fangirl" Erinlə "yaxçı oğlan" Şonun sevgi macərası isə ciddi şəkildə bayağıydı.
Bütün bunlardan savayı yazıçının öz inancını əsərin kənarında tutmağı bacarmamağı, səsinin hər an qulağımızda cingildəməsi də mənə heç professional gəlmədi.
Ümumiyyətlə isə gənc bir yazıçımızın dünya miqyasında tanınıb qəbul edilməsi, beynəlxalq ədəbiyyat müsabiqəsinin qalibi olması, əsərlərinin bestseller olması çox sevindiricidir. Bəlkə də yazıçının qələminə bələd olmaq üçün səhv əsər seçmişəm.