Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"...hər yerdə ona gülürdülər, çünki o, pis geyinirdi; hamı ona həqarətlə baxırdı, çünki o, kasıb idi. Ömrün bu çağında, gənclik bizim qəlbimizi şahanə bir qürurla doldurduğu bir zamanda, o, dəfələrlə xəcalət çəkə-çəkə, qızara-qızara başını endirib yırtıq çəkmələrinə baxmışdı, heç layiq olmadığı halda yoxsulluq biabırçılığının əzabını duymuşdu. Bu, qəribə və amansız bir sınaqdır: zəiflər bu sınaqdan namusunu itirərək, güclülər əzəmət əldə edərək çıxır. Bu, dəmirçi ocağıdır, taleyə bir alçaq, ya əzəmətli bir qəhrəman lazım olanda adamı bu ocağa atır. Xırda mübarizədə bir çox böyük igidliklər baş verir. Bu mübarizədə məhrumiyyət və alçaq ehtirasların məşum təzyiqini gözə görünmədən, addım-addım dəf edən inadlı və gizli igidliyin bir çox nümunələri var. Bu mübarizədə nəcib, lakin gizli qalibiyyətlər əldə edilir, bu qalibiyyəti heç kəs görmür, onu heç bir təntənə ilə alqışlamırlar. Həyat, bədbəxtlik, təklik, hamı tərəfindən tərk edilmək, yoxsulluq- vuruşma meydanı bax budur, bu meydan öz qəhrəmanlarını yaradır, onların adı-sanı çəkilmir, lakin bəzən onlar öz qəhrəmanlığı ilə ən böyük şöhrət qazanmış adamlardan da yüksək olur. Qüvvətli və nadir təbiətli adamlar belə yaranır. Yoxsulluq çox vaxt ögey ana, bəzən də doğma ana olur. Maddi nemətin azlığı mənəvi və zehni qüdrət yaradır; ağır sınaqlar qürur doğurur, bədbəxtlik nəcib adamlar üçün sağlam qidadır"
Sayfa 591 - BEŞİNCİ KİTAB. BƏDBƏXTLİYİN ÜSTÜNLÜYÜ. I FƏSİL. Marius səfalət içindəKitabı okudu
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.