Gönderi

96 syf.
9/10 puan verdi
·
7 günde okudu
İnsan Neyle Yaşar?
İnsan nə ilə yaşar romanı 1885 ci ildə Tolstoy yaradıcılığında böyük əhəmiyyət daşıyaraq,görkəmli bir yazıçı kimi formalaşmasında böyük rol oynamışdır.Kitab da insanı yaşadan əsas faktorların başında sevgi,mərhəmət duyğusu olduğunu yaxşılığın və insanın insansız yaşayamayacağının nüanslarına böyük incəliklə toxunulmuşdur.Əsəri 7-ci yaşdan etibarən oxumaq daha məqsədə uyğundur.Dört kiçik həcmdə hekayədən ibarət olan bu kitabda bir-birinə bənzər isimlərədə yer verilmişdir. 1.”İnsan Nə İlə Yaşar?” 2. "Üç Sual", 3."Surat'ın Qəhvə Dükkanı" 4. "İnsana Nə Qədər Torpaq Lazımdır?". Hər biri ayrı-ayrılıqda dəyərli olan bu sənət əsərləri uzun illər keçməsinə baxmayaraq həm rua xalqı həmdə dünya ölkələri tərəfindən rəğbətlə oxunaraq,alqışlanır.Əsərdəki ana fikir isə ömürün anlamı,yaşamaq üçün məqsədimiz,insanın nədən yaradıldığı ilə əlaqəli səbəb və nəticələri,insanlara nələrin yetmədiyi,doyumsuz olduğu kimi bir çox vəziyyətləri biriləri tərəfindən danışılır.Kəlimələr ilə danışa bilmədiklərimizi qiymətli sənətkar qələmi ilə vərəqə alır. Qəhrəmanlar: * Simon – Çox kasıb amma gözəl qəlbə sahib olan çəkməçi. * Matryona – Simon'un Yoldaşı. * Michael – Mələkdir, Tanrı tərəfindən cəzalandırıldı və ölümlü olaraq dünyaya göndərildi. 112 səhifədən ibarət olan bu kitabı qısa müddətdə oxuyaraq nəticə çıxarmaq olduqca asand bir haldır.Dörd həqiqətin Yaxşılıq,Yardımsevərlik,Sevgi və Vicdan olduğunu söyləyən Tolstoy kitabı belə cümlələr ilə sonlandırır. “Anlayıram ki,insanlar özlərini düşünərək yaşıyırmış kimi görünsələr də əslində onları yaşadan tək şey sevgidir.”
İnsan Neyle Yaşar?
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2019192,9bin okunma
·
1 artı 1'leme
·
20 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.