Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

479 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Varis bəylə növbəti bir dramatik S O N
Əslində Varis bəyin qələmiylə keçən il tanış olmuşdum. Əsərləri çox duygusal olsa da, təsvir olunan səhnələri hər nə qədər həqiqətən yaşayırammış kimi oxuyub üzülsəm də çox bəyənmişdim. Hətta ilk əsərindən sonra özümə hər nə qədər bir müddət artıq Varisin əsərlərini oxumaq qadağası qoysam da qadağalara məhəl qoymayıb ard arda 3kitabını oxumuşdum. Bir müddət də özümə gələ bilməmişdim. Aradan uzun zaman keçəndən sonra dedim bir kitabını daha oxuyum. Bu kitabın pdfi əlimə keçdi oxudum maraqla baxdım ki, kitab yarımçıq imiş. O qədər pis olmuşdum pdfin bütöv formasını tapana qədər. Nəhayət aylar sonra kitabı tamamlamaq nəsib oldu. Ən sonunda isə kaşki axıra qədər oxumasaydım deyə özümü danladım, çünki ürək parçalayan bir sonla Varis bəy bu əsərində də bizi paramparça etməyi bacardı. Əsər boyu bəzi hadisələr baş tutmasın deyə hər səhifədə yalvarırdım, əlimdə olsaydı Varis bəyə yazardım ki, xahiş edirəm əsərin sonunu dəyişin. Amma təəssüf ki oxuyanda qorxduğumuz bütün hadisələr baş tutdu. Hələki fata detayını həyatım boyu heç vaxt unutmayacam. O səhnə o qədər içimə işlədi ki, qanım donmuşdu, həmin insanı yerin dibindən də olsa tapıb öz əllərimlə məhv etməyi çox istərdim. Əsərin adına gəlincə tam olaraq anlamadım mənim gözümdən nəsə yayınıbmı, yoxsa həqiqətən 77ci günə qalmadan həyatlarına günəş doğdu? Uşaqlar haqqında belə əsərlər oxuduqda o qədər pis oluram ki, bəzən rahat yaşadığım üçün utanıram. Kaşki əlimizdə şansımız olsa da hər uşağın gözəl bir mühitdə, qaniçən, pis xislətli insanlardan uzaqda xoşbəxt böyüməsinə vəsilə ola bilsək.... Hal-hazırda ölkəmdə 12yaşlı bir qızın nişanlandığı xəbərini oxudum, keçirtdiyim əsəbi, hissləri ifadə edə bilmərəm. 12yaşlı bir qızı özündən dəfələrlə böyük birisiylə məcbur evləndirib, təhsilinə mane olanlarla bu kitabdakı müdir mənim üçün eyni murdarlığa sahib insanlardılar. Allah hamınızın bəlasını versin, uşaqlardan uzaq eləsin sizin kimi canavarları. Uşaqların səbəb olduğunuzun göz yaşlarında boğulasız. Bu həyat fitil fitil burnunuzdan gəlsin.Başqa da heç nə demirəm..... Son olaraq demək istəyirəm ki, Rəbbim bütün uşaqları, qız uşaqlarımızı mərdimazar, murdar insanlardan qorusun. Dünya gözəlləşsin, uşaqlara ölüm, pis günlər pay olmasın heç vaxt.... Mənim üçün yazarın
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən Ümidlərdir
Bir Ovuc Torpaq
Bir Ovuc Torpaq
əsərləri əvəzolunmaz və unudulmaz olaraq qalacaq, amma əgər yazarın qələmini sevirsizsə bu kitaba da şans verməlisiz. Yazarın başqa kitablarında görüşmək ümidiylə. Kitabla qalın☆
Yetmiş Yeddinci Gün
Yetmiş Yeddinci GünVaris · "Apostrof" Çap Evi · 2012210 okunma
·
20 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.