Bu kitabı oxuyarkən hər zaman özümə sual verirdim. “Görəsən, bu kitabı oxumağım niyə bu qədər vaxt aparır?”. Sonradan anladım ki, kitabı oxumağıma bu qədər vaxt sərf etmə səbəbim kitabı oxumaqla yanaşı orada olan hər hərəkəti, sözü insanlar üzərində araşdırmağım imiş. Kitabı oxuduqdan sonra hər kəsin davranışına fərqli baxmağa başladım. Bu fərqlilik pis mənada yox, yaxşı mənada baş verdi, artıq hər kəslə yaxşı ünsiyyət qurmağa başladım, kiminsə söhbət vaxtı sıxılmağını asanlıqla hiss etdim. Və bunlar mənim həyatımda böyük dəyişikliklər yaratdı.
Bunlardan əlavə olaraq, bu kitabda ən sevdiyim bir sözü hər kəsə çatdırmaq istəyərdim. “ Gözlər ən dəqiq ünsiyyət vasitəsidir”. Bu həqiqətən də belədir. Nə qədər yalan danışmağa çalışsanız da gözləriniz hər zaman sizi ələ verir, eynən bədən dilinizin sizi ələ verdiyi kimi.
Hər zaman sevgi ilə və kitablarla qalmağınız diləyi ilə…