Leila Yashar

Leila Yashar
@Leila_Yashar
I’m just bookworm Chemistry student intp
611 syf.
·
Not rated
Dan Brown’ın hər kitabını oxumuş biri olaraq yazıram. Kitabı ilk oxuduğum da belə sevəcəyimi bilirdim, çünki Dan Brownun qələminə bələd bir oxuyucuyam. Kitab ilk öncə dedektiv bir kitab olmaqla yanaşı, sizin dünyagörüşünüzü də sınağa çəkəcək bir kitabdır. Sonuna qədər hər şeyin qarmaşıq qaldığı və sonunun yenə gözlənmədik olması ilə Dan Brown’un digər kitablarına qatılır. Kitab sizə sadəcə bir baxış açısından yox, bir neçə pəncərədən eyni mənzərəyə baxmağı və hər dəfə fərqli gözəlliyi görməyi öyrədir. Kitab həm insanların bir-biri ilə olan sevgisi, həm də dostuqları ilə də daha əyləncəli, bir o qədər də üzücü olur. Kitabı oxuyarkən kitabda qarşınıza çıxan bilmədiyiniz əsərləri, yerləri araşdıraraq oxumağınızı tövsiyə edirəm. Hər zaman sevgi və kitablarla qalmağınız diləyi ilə…
Inferno
InfernoDan Brown · Anchor Books · 201425.8k okunma
Reklam
611 syf.
·
Not rated
Inferno
InfernoDan Brown
8.7/10 · 25.8k reads

Reader Follow Recommendations

See All
325 syf.
·
Not rated
Sonuna kimi marağımı itirmədən oxuduğum nadir kitablardan biri idi. Kitabın sürükləyici sujet xətti, vərəqi çevirdikcə tez bitəcək qorxusu və sonunda “doğurdan düşündüyüm kimi bitəcək?”, “ Qadın günahkardır?”, “ Psixoterapevt doğurdan ona kömək edə biləcəkmi?” bunlara nə cavablar tapacağım- bunların hamısı kitabı qısa sürədə və axıcı şəkildə oxumağıma gətirib çıxardı. Hər kəsi şok edən son, hər kəsi bir daha düşünməyə vadar edən bir kitab… Kitabı ilk oxuyanda “ Qadın niyə belə etsin ki?” deyə düşünürdüm, bitəndə isə “ Kişi yaşamağa layiq idi?” düşündüm. Qadının rəssam olması isə hər şeyi daha maraqlı edirdi. Alisiyanın yüksək və geniş xəyal dünyasına sahib olmağı oxuyucuların həll edilməkdə çətinlik çəkdiyi məsələni daha da qarmaşıq edirdi, halbuki hər şey kiçik bir ip ucunda idi, onu tapsalar hər şey göz önündə olacaqdı. Və bunu tapmaqda çətinlik çəkmək insanı kitaba daha da çəkirdi. Oxuduğum və oxumayan hər kəsə tövsiyə etdiyim kitablardan biri idi. Hər zaman sevgi və kitablarla qalmağınız diləyi ilə…
The Silent Patient
The Silent Patient
The Silent Patient
The Silent Patient
The Silent Patient
The Silent PatientAlex Michaelides · Celadon Books · 20194,425 okunma
Leila Yashar

Leila Yashar

, Added the 2024 reading target.
2024 READING GOAL
3/15 books - %20 completed
3 books read
15 books
1,384 pages
3 reviews
0 quotes
Should read 1 book in 19 days.
Reklam
448 syf.
·
Not rated
·
Read in 128 days
Bu kitabı oxuyarkən hər zaman özümə sual verirdim. “Görəsən, bu kitabı oxumağım niyə bu qədər vaxt aparır?”. Sonradan anladım ki, kitabı oxumağıma bu qədər vaxt sərf etmə səbəbim kitabı oxumaqla yanaşı orada olan hər hərəkəti, sözü insanlar üzərində araşdırmağım imiş. Kitabı oxuduqdan sonra hər kəsin davranışına fərqli baxmağa başladım. Bu fərqlilik pis mənada yox, yaxşı mənada baş verdi, artıq hər kəslə yaxşı ünsiyyət qurmağa başladım, kiminsə söhbət vaxtı sıxılmağını asanlıqla hiss etdim. Və bunlar mənim həyatımda böyük dəyişikliklər yaratdı. Bunlardan əlavə olaraq, bu kitabda ən sevdiyim bir sözü hər kəsə çatdırmaq istəyərdim. “ Gözlər ən dəqiq ünsiyyət vasitəsidir”. Bu həqiqətən də belədir. Nə qədər yalan danışmağa çalışsanız da gözləriniz hər zaman sizi ələ verir, eynən bədən dilinizin sizi ələ verdiyi kimi. Hər zaman sevgi ilə və kitablarla qalmağınız diləyi ilə…
Bədən Dili
Bədən DiliAllan Pease · Qanun Nəşriyyatı · 2016295 okunma