Gönderi

325 syf.
·
Not rated
Sonuna kimi marağımı itirmədən oxuduğum nadir kitablardan biri idi. Kitabın sürükləyici sujet xətti, vərəqi çevirdikcə tez bitəcək qorxusu və sonunda “doğurdan düşündüyüm kimi bitəcək?”, “ Qadın günahkardır?”, “ Psixoterapevt doğurdan ona kömək edə biləcəkmi?” bunlara nə cavablar tapacağım- bunların hamısı kitabı qısa sürədə və axıcı şəkildə oxumağıma gətirib çıxardı. Hər kəsi şok edən son, hər kəsi bir daha düşünməyə vadar edən bir kitab… Kitabı ilk oxuyanda “ Qadın niyə belə etsin ki?” deyə düşünürdüm, bitəndə isə “ Kişi yaşamağa layiq idi?” düşündüm. Qadının rəssam olması isə hər şeyi daha maraqlı edirdi. Alisiyanın yüksək və geniş xəyal dünyasına sahib olmağı oxuyucuların həll edilməkdə çətinlik çəkdiyi məsələni daha da qarmaşıq edirdi, halbuki hər şey kiçik bir ip ucunda idi, onu tapsalar hər şey göz önündə olacaqdı. Və bunu tapmaqda çətinlik çəkmək insanı kitaba daha da çəkirdi. Oxuduğum və oxumayan hər kəsə tövsiyə etdiyim kitablardan biri idi. Hər zaman sevgi və kitablarla qalmağınız diləyi ilə…
The Silent Patient
The Silent Patient
The Silent Patient
The Silent Patient
The Silent Patient
The Silent PatientAlex Michaelides · Celadon Books · 20194,556 okunma
·
1 plus 1
·
316 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.