Gönderi

"Dəlidir"
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir, Eşq olan yerdə bütün aqilü-dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zindanə Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir. Eşq zəncirinin iftadəsi bir mən deyiləm, Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir. Sarılır çiyninə, gah boynuna, gah qamətinə, Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir. Bir vəfasız gül üçün naləsi dünyanı tutub, Aşiqin qəlbi kimi bülbüli şeyda dəlidir. Bircə Şirin iə Fərhadə məzəmmət yoxdur, Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir. Əl götürməz bu qara gözlülərin zülfündən, Hər yetən zənn eləyər Vahidi guya dəlidir.
Əliağa Vahid
Əliağa Vahid
·
1 plus 1
·
118 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.