2/10
·388 syf.··
2023 21. kitabı
·
21 günde okudu
·
Okunma: 23 Aralık 2023 17:46
Bu əsər üçün incələmə yazmaq istəyirdim, ancaq müxtəlif səbəblərdən dolayı ertələyirdim. Lakin necə deyərlər artıq vaxtdır. Əsərin mövzusu məncə çox maraqlıdır. Birincisi ona görə ki, insanlar qarluqlar barədə eşitməyiblər, bilmirlər. İkincisi ona görə ki, bu xalq həqiqətən də, olub və yazıçı da, əsərdə müəyyən tarixi elementlərdən istifadə edib. Lakin əsərin quruluşu, əsərin yazılma üslubu çox qəribə idi. Mən açığı desəm, oxucu olaraq, bu üsluba uzaq biriyəm. Yəni sən Çağrının mağaraya baxışından danışıb sonra Çağrının adının mənasına necə keçə bilərsən axı? Romanda bir məntiqi ardıcıllıq olmalıdır. Hər şey çox qarışıq idi mənə görə. Növbəti olaraq, bildirmək istəyirəm ki, bu əsər romandır yoxsa şəxsi inkişaf kitabı bəlli deyil. Yəni mən roman oxumaq istəsəm, qətiyyən bu kitabı seçib almaram. Lakin bir şəxsi inkişaf kitabı olaraq, almaq barədə düşünmək olar məncə.
ÇağrıElçin Əzimli · Teas Press · 2023107 okunma
·
151 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.