Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Daha ciddi araşdırmalar başlayır
Ancaq mənim məcaralarım bununla bitmədi. Mənim normal həyata qayıtmamağımda təəcüblü bir şey yoxdur. Əvvəlki mən yox olduğu kimi mənim köhnə həyatım da yox idi. Mən bir çox cəhətdən dəyişdim. Mən özümü heç bir dostumun başa düşmədiyi reallığa həsr etmişdim. İndi köhnə dostlarımın çoxu ilə ünsiyyət qura bilmirdim, keçmiş həyatıma aparan yol isə mənim üçün bağlanmışdı. Mənim üçün əvvəllər vacib saydığım şeylər, indi artıq heç bir məna kəsb etmirdi. Mən özümə universal suallar verməyə başladım: "Mən kiməm?", "Həyatın mənası nədir?", "burada nə edirəm?", "mənim məqsədim nədir?" və "allah varmı?" Mən demək olar ki, tamamilə dünyəvi məsələlərdən uzaqlaşdım və mənəvi məsələlərin öyrənilməsiylə məşğul oldum. Tezliklə San Diego şəhərindən Sakit okean şimal-qərb sahilinə köçdüm. Daha sonra Vaşinqton ştatının Olimpiya şəhəri yaxınlığında manual terapiya ilə məşğul olan klinika açdım
·
1 artı 1'leme
·
33 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.