Ümumilikdə maraqlı kitab idi. Oxuyanda "Əlvida, Gülsarı!" əsəri yadıma düşdü - məktəbdə oxuyanda müəlliməm yayçün məsləhət görmüşdü oxumağı, tam oxumamışdım amma - orada son anlarını yaşayan Gülsarı adlı atın dilindən hadisələr, sahibi ilə keçdiyi yollar anladılırdı, burda da həyatının mənasızlığını ölümlə qiymətləndirən qadının həyatı boyu sevgi bəslədiyi yazıçıya yazdığı məktubu oxuyuruq. Maraqlıydımı, maraqlıydı, amma birtərəfli sevgidən yaranan həyat hekayəsini oxumaq nə dərəcədə mənalıdı, ona özünüz qərar verərsiz (qadının etdiklərindən əsəbiləşib xD))