10/10
·240 syf.··
Beğendi
·
2022 1. kitabı
·
13 günde okudu
·
Okunma: 11 Haziran 2022 00:00
Grigory Petrov'un tam dəqiqliklərinə qədər ayrıntılarla o dövrün hekayə baş verdiyi ölkəsini (Spoiler olmasın deyə yazmadım) şərh etməsi, ümumilikdə, ölkənin necə zəif, kölə olmağa alışdırılmış, güc strukturları işğal olunmuş, cahillik və "palçıqlar, dərələr" ölkəsi olmasını bizə incəliklərinə qədər anlatdığı əsərdə, tək bir insan təmsilində bir neçə fərdin cəmiyyəti dəyişdirə biləcəyini izah etmişdi. Qabaqlarına çıxan çətinliklərə, ölkəsinin alçalmasına baxmayaraq, bu ölkənin dirçəlməsi üçün mübarizə aparması bir növ "bir şamın digər bir şamı yandırması və beləliklə bu silsilə ilə minlərlə şamın yanmasına, aydınlanmasına səbəb olur" ifadəsi əsərə tam uyğundur. Zabit, əsgər, ailə, məktəb və s.-da fərdlər necə davransa cəmiyyət olaraq uğur qazana bilər ssenarisi kitabda yer alıb və bu uğurun Mustafa Kemal Atatürk tərəfindən qazanıldığı dövrü, vəziyyəti və onun necə bir şam olmasını da incələməyə qatsaq, nə üçün onun tərəfindən məsləhət görüldüyünü anlamaq daha asan olur). Mütləq oxunub, oxudulması vacib olan kitabdır.
1000Kitap
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Koridor Yayıncılık · 2007124,7bin okunma
·
40 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.