Siz nə anladınız?
3/10
·59 syf.··
2024 4. kitabı
·
3 günde okudu
·
Okunma: 17 Ocak 2024 11:17
“...evden tam çıkıyorum, bir şeyin eksik olduğunu, eksik olanın ruhum olduğunu fark ettim.” Bu cümlədə dedim aha, sevəcəyim gözəl bir hekayə gəlir. Hansı ki, bu romanın bir xeyli tərifləndiyini eşitmişdim. İndi qısaca romanda nədən bəhs edilir onu qeyd edim. İlhami Algörün Fakat Müzeyyen Bu Derin Bir Tutku romanı İstanbulun arxa küçələrində yaşayan xəyalpərəst və tənha bir adamın Müzeyyen adlı qadına olan vəsvəsəli sevgisindən bəhs edir. Roman sevgi, ehtiras və məyusluqların mürəkkəb hekayəsindən bəhs edir və ya bəhs etməyə çalışır. (müəmmalı) Keçək əsas mətləbə, romanı oxuyarkən tam da aşağıdakı alıntı kimi hiss edirdim. “Bitse ne olur, bitmese ne?” Romanı anlaya bilməməyimin (və ya mənə heçnə qatmamasının və anlamsız qəbul etməyimin) bir neçə səbəbi var: - Birincisi, romanın nəqli kifayət qədər dolayı və poetikdir. Bu, romanı izləməyi çətinləşdirirdi. Həmçinin içində arqo sözlərin istifadəsi elə yerlədə idi ki, bir məna verə bilmirdim. - İkincisi, romanın personajları kifayət qədər mürəkkəbdir və başa düşmək çətindir. Xüsusilə Müzeyyen sirli və anlaşılmaz bir xarakter olaraq səsləndirilirdi. Hekayəni səsləndirən obrazın özü də, kifayət qədər qarışıq idi. Danışırdı amma nə danışırdı... anlayana can qurban.. Kitabla bağlı incələmələr də baxdım, bir çoxunu anladım, bir qisminə isə məna verə bilmədim. Bəzən düşündüm `görəsən mən fərqli bir romanmı oxudum?`. Çox qarışıq birşeylər baş verdi qısacası. Qeyd. Kitabın filmi də mövcuddur, izləyib fikrimi bildirməyə çalışacam. Mənə çox maraqlıdır bu kitabdan nə anlamışlar da çəkmişlər deyə.
2024 Okuma Raporları
Fakat Müzeyyen Bu Derin Bir Tutkuİlhami Algör · İletişim Yayıncılık · 201434,8bin okunma
·
2 +1'leme
·
164 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
oxuyacaqlar listemden 5addim geri saldi inceleme))
Səyyarə İbrahimova
Gönderi Sahibi
Bəlkə də mən anlaya bilməmişəm əsəri, lakin şəxsi fikrimcə mütləq oxunmalıdır deyiləcək bir roman deyil. Ümumiyyətlə oxunmasa da olar deyəcəyim bir roman oldu