Nəticə - NO SPOILER
Puan vermedi·160 syf.··
Beğendi
·
2024 2. kitabı
·
18 günde okudu
·
Okunma: 18 Ocak 2024 00:00
Düşünürəm ki, kitab 15-20 yaş arası gənclər üçündür. Ama bununla belə kitabı oxuyarkən aldığınız təəssürat mənalı və dərin olur. "Heyvan Respublikası"nda George Orwell in bəzi satiraları, sətiraltı ifadələri dərhal hiss olunur. Kitabdakı qeydlər, o cümlədən tərcümə qeydləri, tərcüməçinin özünəməxsus perspektivi (bəzi tərcümə dəyişiklikləri, şeirlər və s.) kitaba xüsusi bir maraq qatmışdır. Sadəcə bəzi qramatik və leksik semantik norma xətaları mövcuddur, tərcümə zamanı bəzi dilimizdə olmayan, işlədilən ancaq lüğətdə mövcud olmayan, yaxud dialekt sözlər bir çox yerdə öz əksini tapsa da, kitabı oxuyarkən alınan həzzin qarşısını kəsmir. Kitab haqda məlumatlar: Kitab: Heyvan Respublikası Yazıçı: George Orwell Tərcüməçi: Rafiz Hacıoğlu Nəşriyyat: Bakı, "Parlaq İmzalar" 2022 II nəşr Çap tarixi: 24.09.2022
Kapitalizm
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar · 2022296,4bin okunma
77 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.