9/10
·112 syf.··
Beğendi
·
2024 2. kitabı
·
30 saatte okudu
·
Okunma: 21 Ocak 2024 22:56
Bəzən sonunun yaxşı olmayacağımı bilirsən, əngəlləmək üçün şansın var, ama o şansı da böyük bir ustalıqla göz ardı edirsən , sırf sonunun necə olacağını görəsən deyə.  Sonunda o fəlakət yaşananda, əzab çəksən də öz özünü  bunu əngələmək üçün əlindən heç bir şey gəlmədiyinə elə inandırırsan ki, sitəm edə biləsən. Sənə, ona, buna, dünyaya, insanlara ,hamıya, tək özündən başqa hamıya sitəm edirsən ki, niyə hadisələr belə cərəyan etdi . Kitabdakı hadisələr də aşağı yuxarı bu duyğulara yönəlmiş şəkildə işlənib. Cinayətə qurban olan Santiago Nasar'ı sözdə hamı sevir, amma öldürülməsinə göz yumurlar, hətta deyərdim ki, bunu sırf maraq üçün edirlər.  Ətrafımızda bizi "sevən" insanlar, görəsən bizi həqiqətən önəmsəyirlər mi? Məncə yox, hətta bəzilərinin ən sevdiyi məşğuliyyət ola bilər, bizə təsəlli vermək. Sırf həyatımızda nə isə yolunda getməsin bi əksiklik olsun da gəlib təsəlli versin, hətta bunu önəmsəyirmiş kimi bir üz ifadəsi ilə və teatr oyunundaymış kimi , düşüncəli səs tonuyla etsin.  Eyniylə qəhrəmanımızın ətrafındakı insanlar kimi. Kitabda bir ölüm var, ama heç kim günahkar deyil, ya da heç kəs öz payına düşən günahı qəbul etmək istəmir. Bəlkə heç günahları olduğu fikri ağıllarının ucuna belə gəlmir.  Axı günahsız insanların əzabı, kədər , vicdan bu kimi qavramlarla  niyə əlləşmək istəsinlər ki, ən asan yol özünü əlindən heç bir şey gəlmədiyinə  inandırmaq deyilmi?
Hayat ve İnsan
Kırmızı PazartesiGabriel Garcia Marquez · Can Yayınları · 202595,4bin okunma
·
42 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.