Gönderi

Mən ki zülmət gecələrdə azıb itmiş kimiyəm, Öz yanımdan da gözüm görməyib ötmüş kimiyəm. Necə dərin yara vursan da, mənə ağrısı yox, Yaramı özgə öpüşlərlə keyitmiş kimiyəm, Demə, buzdur ürəyin, məndə ürəkdən yox əsər, Onu bir isti xəyanətdə əritmiş kimiyəm. Nəfəsimdə daha əvvəlki odu axtarma, Baxma yanındayam, amma elə getmiş kimiyəm. Əbədi musiqi yox, mən də sənin ömründə Qəmli bir mahnı idim ki, daha bitmiş kimiyəm. Olduğundan ki böyük zənn eləmişdim səni mən, Ondan ötrü sənə dünyanı dar etmiş kimiyəm. Söyləmə dərdini, Fəhmi, bilirəm hər şeyi mən, Deməmişdən elə zənn eylə eşitmiş kimiyəm.
Sayfa 19 - Parlaq imzalarKitabı okudu
·
1 plus 1
·
263 views
Aybəniz İmanlı okurunun profil resmi
Bu Gündən Dünənə
Bu Gündən Dünənə
İstəsəniz,bu kitabı da oxuyarsınız🙂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.