Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

272 syf.
10/10 puan verdi
·
3 günde okudu
"Əslində, gözəl günlərin birində özüm də bacarıram".
Kazuo İşiquro qələmini, üslubunu bütün fərqlilikləri ilə bərabər sevdiyimdən indi daha çox əminəm. Bu yola ilk dəfə təqribən 2 il əvvəl - "Məni heç vaxt tərk etmə" romanı ilə çıxmışdım. Bu zamana qədərki müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, yazıçı hadisələri keçmişə dönərək nəql etməyin öhdəsindən uğurla gəlir. Sanki təhkiyəçi ilə qarşılıqlı oturub söhbətləşir, onun xatirələrinə ortaq olursan. "Günün qalanı" romanında hazırda 1956-cı ildir. Baş qəhrəmanımız Stivens 6 günlük bir səyahətə çıxır. Bu səyahət zamanı o, keçmişinə boylanır, yaşanmışlıqlarını analiz edir və bunları bizimlə bölüşür. Mütaliə boyunca ağlımda bir sual dolaşıb-durur: "Bütün hadisələrdən agah olduq, hər şey aydındır. Bəs yaşanmamış olanlar? Geri dönüşü olmayan qərarlar? Sükutlar, qaçışlar? Bəs onlar necə olsun?" Görünür, cavabsız qalacaqlar. Nəticədə, Stivens də bu suallar qarşısında aciz və çarəsizdir. Gəlin, sizə bir az Stivens barədə danışım. Stivens keçmişində böyük işlərlə az-çox əlaqəsi olan, nüfuzlu siyasətçilərin, amerikalı və avropalı dahi xadimlərin dövrün böyük hadisələrini müzakirə etməyinə şahid olan bir şəxsdir. Hər halda, özü belə ifadə edir. Səyahət boyunca yeni tanımış olduğu hamıda əsl centlmen təəssüratı yaradan bir eşikağasıdır. Nökərbaşı yox, qullarağası yox, məhz eşikağası. Siyasi arenada tanınmış şəxs olan mister Darlinqtona canla-başla illərini fəda etmiş sadiq biridir. Bu 6 gündə isə Stivens "qeyrət", "ideallıq", "böyüklük" kimi anlayışlara məna axtarır, müddəalarla da bu tezislərini isbatlayır. Qeyd etmək istəyirəm ki, "böyüklük" barədə olan fikirləri çox diqqətimi çəkdi və məni bu barədə düşünməyə vadar etdi. Həmin hissəni sizinlə də bölüşüm: "... ölkəmizin böyüklüyü gözəlliyinin göz deşməməsində - sükunətində, ciddiyyətində, sadəliyindədir. Sanki bu torpaq əzəmətindən xəbərdardır, bunu aləmə car çəkməyə heç bir ehtiyac duymur". İşiquronun qələmi də belə sükutla irəliləyir. Onun da yaradıcılığının böyüklüyü məhz bu məqamda ortaya çıxır. Stivensin yaşamaq üçün işlədiyini yox, əksinə məslək uğrunda yaşadığını düşünürəm bəzən. Adicə, bu səyahətinin səbəbi də istirahət etmək, özünə zaman ayırmaq istəməsi deyildi. Köhnə bir dosta "müəyyən" bir təklif etmək niyyətilə çıxmışdı yola. Kitabda 6 günlük səyahət günəgün başlıqlar altında, müvafiq olaraq, "birinci gün", "ikinci gün" və s. kimi qeyd olunub. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, bu bəhs etdiyim köhnə dostla görüşdüyü 5-ci gün adı altında bir bölüm yoxdur kitabda. Stivensin səyahətinin dördüncü gün xatirələrini ondan dinlədikdən sonra ardınca altıncı günə keçid olunur və Stivens sözügedən "itkin" günü dünənmiş kimi nəql edir. Mən burada durub düşünürəm yenə. Ötüb keçməkmi istədi o gün yaşananların, eşitdiklərinin üstündən? Keçmişə dəfn edib getməkmi istədi? Yenə qaçmaqmı? Bəlkə də, sadəcə bir az zamana ehtiyac duymuşdu. Səbəbi nə olursa olsun, sevdim bu detalı. Sonlara doğru özü də etiraf edir ki, getdiyi yolları özü seçməyib. Mövcud şərait, dövr... Bəlkə də, sadəcə atadan qalma bir şeylər. Qüsurun nədə olmasından əmin deyiləm, amma bu ata-oğul münasibətinin içimə bir düyün vurduğuna da şübhə yoxdur. Kitabı sevdim, sırada "Dəyişən dünyanın rəssamı" və "Basdırılmış nəhəng" kitabları var. Onları da mütaliə etmək üçün səbirsizlənirəm. Və şərhimi yenə kitabdan bir cümlə ilə sonlandırıram: "İnsan üçün günün ən yaxşı hissəsi axşam vaxtıdır". Zaman ayırıb oxuduğunuz üçün təşəkkür edərək günün ən yaxşı hissəsini ən yaxşı şəkildə keçirmiş olmağınızı diləyirəm.
Günün Qalanı
Günün QalanıKazuo Ishiguro · Teas Press · 20235,2bin okunma
·
227 görüntüleme
admiral914 okurunun profil resmi
Həmişəki kimi mükəmməl bir incələmə olub. 4-cü gündən 6-cı keçmə detalı çox xoşuma gəldi. "Dəyişən dünyanın rəssamı"nı birlikdə oxumaq diləyi ilə♡
Samirə Abbasova okurunun profil resmi
Bəyənməyinə sevindim 🥹💕 Səbirsizliklə gözləyirəm o birgə mütaliəmizii😍
1 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Nə qəşəng rəydi, Samirə. Müzakirədə də əla idin💜
Samirə Abbasova okurunun profil resmi
Təşəkkür edirəm, İnci. Bəyənməyinə çox sevindim💜 Bu dəfə mən də daha rahat hiss edirdim özümü müzakirədə. Və bu kitab da mənim ilk dəfə post-it'ləyərək oxuduğum kitab oldu, xatirə olaraq yer tutdu. Normalda heç post-it vurmazdım kitaba, sadəcə karandaşla xətləyərdim😂
3 sonraki yanıtı göster
Fidan okurunun profil resmi
Birlikdə bu kitabı oxumaq və fərqli fikirləri dinləmək çox maraqlı oldu.🤩
Samirə Abbasova okurunun profil resmi
Müzakirəyə gedənə qədərki yol yolculuğunun gözəlliyini demirsən hələ?😁💜 Sizinlə hər şey gözəl, Fidann🥹💕
1 sonraki yanıtı göster
Dronqo okurunun profil resmi
İncələmən çox qəşəngdii,yazan əllərinə sağlıqq, hadi bunu da əlavə edim oxunacaqlara💜😁 Sənin və İncinin yazdığı incələmələri oxuyub aşiq oluram,kitabı kayd edirəm ki, gələn dəfə oxuyacağım kitab bu olacaq ama sonra ertələyirəm ndndndjs Bu yay oxuyaram İnşallah💜😂
Samirə Abbasova okurunun profil resmi
Oxuyan gözlərinə sağlıq, quzumm💜 O oxunacaqlar siyahısının əsas xarakteridir, heç vaxt dediyimiz vaxtda oxumuruq😂 Oxuyarsan, müzakirə edərik inşAllah✨
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.