Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Mən Saudiciyəm. Portuqal dilində çox qəribə bir söz var, Saudaci ya da Sudad. Çox dərin və qəribə bir sözdü. Bu sözü təcrübə etmək olmur. Elə bir söz ki, həm içində kədər var, həm həsrət var, həm də rahatlıq. Onun mənasını bir cümlə ilə izah etməyə çalışsam, təxminən belə olacaq - Sən elə bir ruh halında olursan ki, sanki əvvət itirdiyin bir şey hansı ki, üstündən çox zaman keçib onu itirmisən və çox çox çox axtarmısan, artıq başa düşürsən ki, onu bir daha tapmayacaqsan, bax bu Saudicidir. Bu duyğu ilə tez-tez rast gəlirəm öz həyatımda sanki sevgilini, mənanı, tanrını axtarırsan, onu tapmaq üçün ömrünü verirsən və gözləyirsən, darıxırsan amma bir gün o anlayırsan ki, artıq onu tapmayacaqsan. Bu çox kədərlidir, amma həm də rahatlıqdır. Bilirsən ki, daha o yoxdur
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.