Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

588 syf.
8/10 puan verdi
·
9 günde okudu
Sevginin ən soft izahı !
Hər zaman sevgi mövzusunda kitab oxumaqdan qaçmışam. Bu günə qədər oxuduğum sevgi mövzulu kitabların hamısı standart, eyni süjet xətti olan hekayələrdən başqa bir şey olmayıb. Sevgi deyiləndə ağlıma bütün standart hekayələrin növbə ilə sıralanması normaldır. Günümüzdə məşhur janrlardan biri olan sevgiyə aid fərqli kitablar tapmaq qəliz məsələdir. Ona görə bir də belə eyni şeyləri oxumaqdan çəkindiyim üçün sevgi janrına baş vurmurdum. Ancaq bəzən bu qərəzləri qırmaq üçün addım atmalısan. Bir müddət əvvəl kitablarında fərqli bir şey, fərqli bir hekayə tapacağımı hiss edərək bir tövsiyəyə əsasən siyahıma əlavə etdiyim yazıçı idi, Jojo Moyes. Sevgi janrının adı çəkiləndə, ya da kimsə sevgi janrında olan kitab tövsiyəsi istəyəndə ağlıma heç bir yazarın gəlməməsi normal idi, çünki onda hələ
Jojo Moyes
Jojo Moyes
'lə tanış olmamışdım. Təxminən iki həftə əvvəl yaxınlıqda olan kitabxanada kitablara göz gəzdirəndə bu kitab gözümə sataşdı. Götürüb-götürməməkdə bir az qərarsız qalsam da, oxumağı düşündüyüm yazıçılardan biri olduğu üçün götürməyə qərar verdim. Yaxşı ki də götürmüş imişəm, peşman olmadım. Əksinə
Jojo Moyes
Jojo Moyes
məni içərisində həm sevgi, həm dram, həm sədaqət, həm hörmət, həm də ailədaxili münasibətlərin necə toplandığı gözəl bir hekayənin səyahətinə çıxardı. Sevginin sadəcə eyni şeylərdən, təmasdan ibarət olmadığını, əsl sevginin bir-birinin hər çətin anında yanında olmağı bacarmaq olduğunu necə gözəl vurğuladığını oxuyanda "sevgi janrı budur!" deyə düşünürdüm. Bu kitabda bildiyim bəzi şeylərin üzərində bir də düşünməm gərəkdiyini öyrəndim. Xoş mütaliələr ! ☆
Bir Üstəgəl Bir
Bir Üstəgəl BirJojo Moyes · Qanun Nəşriyyatı · 20151,262 okunma
·
78 görüntüleme
Near okurunun profil resmi
Qeyd: Mənim oxuduğum nəşriyyatdan - Qanun nəşriyyatından oxumayın! Tanıdığımız standart "Qanun" xarici adların, sözlərin qrammatik səhvləri ilə yenə özünü biruzə verirdi. "Lunch" sözünü tərcümədə "nahar yeməyi" yazmaq əvəzinə "lanç" yazmalarından anlaya bilərsiniz bunu.
Dronqo okurunun profil resmi
Çox qəşəng yazmısan incələməni, əllərinə sağlıqq💜 Jojonun Səndən öncə serisi oxuyacaqlarım arasındadı(¿) bunu da əlavə edim ,diqqətimi çəkdi ehrhehe
Near okurunun profil resmi
təşəkkürlər. <3 yep, mənim də.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.