Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

317 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Çalışdığım qədəriylə spoiler vermədən fikirlərimi bölüşdüm:)
Bu kitabla təsadüfi şəkildə qarşılaşmış və sırf üz qapağı üzərindəki yazıya görə almışdım, "Xalid Hüseyninin "Min Möhtəşəm Günəş" əsəri ilə müqayisə olunmağa layiq bir əsər",yazılmışdı üzərində. Romandaki baş qəhrəmanlar İsra və onun böyük qızı Deyadır.İsra Fələstin də doğulmuş qadınların həyatda yeganə məqsədinin ailə qurmaq və uşaq böyütmək olduğuna inanan bir mədəniyyətdə böyümüşdü.İsra 17 yaşı olarkən,ailəsi tərəfindən məcburi olarag evləndirilir.Amerikada yaşamağa başlayır. O bura çox böyük ümidlərlə gəlmişdi düşünürdü ki burada daha azad şəkildə yaşayacag,ancag təəssüf ki düşündüyü kimi olmur. İsranın qızı Deyanın tək arzusu universitetə ​​daxil olmaq olsa da, nənəsi Fəridə ona talib tapmaqdan çəkinmir,evlənməyə məcbur edirdi.Lakin,Deya keçmişdə baş verən hadisələrin fərqinə varıb,onları sorğulayandan sonra işlər dəyişir. Kitabın bəzi hissələrində 1990-cı illərdə İsranın, digər yerlərində isə 2008-ci ildə Deyanın həyatından danışılır. Kitabdaki bu cümləyə tez-tez rast gəlirik :Kadın her zaman kadındır.Çox təəssüf ki qadınlara qarşı olan bu münasibət günümüzdə də qalmaqdadır. Oğul dünyaya gətirə bilmədiyi üçün günahlandırılan qadınlar, əri tərəfindən döyülən qadınlar, hər şeyin günahkarı kimi görünən qadınlar, bu siyahı çox təəssüf ki, öldürülən, xorlanan, döyülən,işgəncələr edilən qadınlarla doludur..Kaş anlaya biləydik ki, qadının həyatda yeganə məqsədi ailə qurmaq və uşaqlara baxmaq deyil... Kitabı oxuyarkən bu gün də belə hadisələri yaşayan qadınların olduğunu bilmək məni çox məyus etdi.Roman çox axıcı idi ,lakin bir o qədər də kədərli:( İsranın çarəsizlikdən yazıb ancag anasına göndərmə haqqı olmadığı məktubları oxuyarkən gözyaşlarımı saxlaya bilmədim.Yanlız o hissə deyil,etiraf edim ki əvvəlindən sonuna qədər ağlamışam bu kitabı oxuyarkən. Roman da tək sevmədiyim məqam yaxşı sonluq olmaması idi çünki kitabın sonu ümumiləşdirmə olmadan ,yarım və anidən bitir sanki.Ancag buna rəğmən çox möhtəşəm bir əsərdir. Həqiqətən də Xalid Hüseyninin "Min Möhtəşəm Günəş" əsəri ilə müqayisə olunmağa layiq bir əsərdir.
Kadının Sesi Yok
Kadının Sesi YokEtaf Rum · İthaki Yayınları · 2021174 okunma
·
124 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.