Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

232 syf.
9/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Kitab yalnız iş həyatında uğur qazanmaqdan bəhs etmi, ailə, münasibətlər, karyera, fərdi inkişafda uğur qazanmaqdan bəhs olunur. Kitabın içindəkilərlə bağlı əsas məlumatlar belədir: 1.Həyat Fəlsəfənizi Dəyişin. Həyat fəlsəmiz bizi məqsədimizə çatdıran yoldur. Doğru həyat fəlsəfəsi uğur qazandırırsa bunun əksi bizi uğursuz edə bilir. Hər şey bir addımla başlayır və çox kiçik addımlarla da müvəffəqiyyətə nail olunur. Verdiyimiz gündəlik qərarlar bu inkişaf yolunu müəyyən edir. Hər gün verdiyimiz doğru qərar lehimizə işləyərkən yanlış seçimlər əleyhimizə işləməkdədir. 2.Gündəlik Rutinlər Yaradın. Ən xırda əhəmiyyətsiz görünən vərdişlər bizim həyat tərzimizi müəyyən edir. Sizə faydalı olan vərdişlər kiçik su damlası kimi təsəvvür edin, zamanla onlar çoxalır və gölə çevrilir. 3.Çevrənizdəki 5 İnsanın Ortalamasısınız. Ətrafımızdakı insanlar, dostlarımız, ən çox görüşdüyümüz insanlar kimdirsə zamanla onlara dönüşməyə başlayırıq. 4.Fərqində Yaşayın. Həyat fəlsəfənizin, ətrafınızda sizə yaxın olan insanların, günlük rutin işlərinizin fərqində olun. 5.Şikayətlənməyin, uğursuz insanlar şikayətlənir, uğurlu insanlar isə fürsət yaradar. Burada verilənlər kitabın əsas fəlsəfəsini təşkil edir. Çalışdım ki əsas məsələlərə toxunum, lakin qeyd edim ki, yazdıqlarımla məhdudlaşmır kitab. Kitabın fəlsəfəsini bəyəndim, fərdi inkişaf sevirsinizsə bəyənəcəyinizə şübhəm yoxdur. Xoş mütaliələr)
Keskin Kenar
Keskin KenarJeff Olson · Arıtan Yayınevi · 200932 okunma
·
42 görüntüleme
Hakan Demirel okurunun profil resmi
Merhabalarrr 👋🏻 Umarım iyisinizdir 🙏🏼 Okuduğunuz kitapları inceledim😇 ve bende kişisel gelişim eğitmeniyim. Şu anda ücretsiz bir eğitimde yardımcı eğitmenlik yapıyorum, ve ilgilenebilirsiniz diye sizinle de paylaşmak istedim. Ücretsiz şekilde sizi de kontenjana dahil edebilirim. Umarım rahatsız etmemişimdir. Katılmak isterseniz diye buraya bırakıyorum 🔥forms.gle/ELHLkroiSCgWcNvm7 Not: Eğitim, seri halindedir ve ücretsizdir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.