Gönderi

Yatmışdı həqiqətdə o kəs ki hələ sağdır, Gözlərini dünyayə yuman gündən oyaqdır. Bir zirvəsi qarlı uca dağdır ki qəmi-eşq, Şair təbi ordan su alan xırda bulaqdır. Allah əbədiyyət sarayın bizlərə vermiş, Dünyamız o ziynətli sarayda bir otaqdır. Dağlarca əzab verdiyi üçün mənə dövran, Dağdan da böyük yarəli sinəmdəki dağdır. Var-dövləti tutmaqçün ayaqlar da əl olmuş, İmanı atıb qaçmağa əllər də ayaqdır. Dünyaya qonaqdır dedilər hər gələn insan, Hər halda qonaqdırsa da, çox üzlü qonaqdır. Məcnuna həyat yoldaşı qəm, Fəhmiyə möhnət Aləm dedi - Məcnun ilə Fəhmi bacanaqdır.
Sayfa 79 - Parlaq imzalarKitabı okudu
··
132 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.