Gönderi

Gecə kəpənəyi
Zahirdə təbəssüm satan asudə dodaqlar Batində ölən arzuların gizli məzarı Zahirdə soyuq, şəbnəmi buz lalə yanaqlar Batində axan göz yaşının isti buxarı. Gözdə oxunan niyyəti çılpaq, sözü çılpaq Ruhunda hər an zorladığı ismətin ahı. Bir incə mələk, taleyi çılpaq, özü çılpaq Şəhvətdə batıb, anbaan artmaqda günahı. Gündüz dolanar boynuna ağ körpə biləklər Axşam qara əllər gəzər halsız bədənində, Gündüz bala eşqiylə sönük ruhu çiçəklər Axşamsa tikanlar bitər əlvan çəmənində. Zalım fələyin qanlı dəmir məngənəsində Hər gün sıxılırdı, əzilirdi, kiçilirdi, Qansızların işrətli səfa təntənəsində Əllərdə gəzir, dadlı şərabtək içilirdi. İncitmə onu, göz yaşı görsən yanağında, Bəlkə də, bu su ruhunu bir azca təmizlər, Məlum deyil əsla ki hələ həqq qabağında Kimdir üzü qarə o çiçək, yoxsa ki, bizlər.
Sayfa 88 - Parlaq imzalarKitabı okudu
··
130 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.