Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ayrıldıq
Xeyli vaxtdır ayrılmışıq yar ilən, Gördük, amma tanışmadıq, ayrıldıq, Qaldı canda gizli-gizli dərdimiz, Bircə kəlmə danışmadıq, ayrıldıq! Qərib-qərib durduq biganələr tək, Soyuq-soyuq baxdıq divanələr tək. Dönmədik başına pərvanələr tək, Eşq oduna yanışmadıq, ayrıldıq! Yarım saat bir arada qalmadıq, Eşq atəşin canımıza salmadıq. Yalvarıban yarın könlün almadıq, Elə getdi, barışmadıq, ayrıldıq! O zaman ki, aşnalığı tərk etdik, Cüda düşdük, xeyli ciyər bərkitdik, Aralıqdan könül quşun ürkütdük, Bir-birilə qonuşmadıq ayrıldıq! Vaqif sevdi bir iqrarsız bivəfa, Bada getdi tamam çəkdiyi cəfa, Görüşübən eyləmədik xoş səfa, Qucaqlaşıb, sarışmadıq ayrıldıq! * Olmayaydı belə səfərə çıxmaq, Biz yar ilə danışmadıq, ayrıldıq. Halallaşıb, hümmətləşib dost ilən Təmənnəşib görüşmədik, ayrıldıq. Bilməm, kimə deyim dərdim neçəsi, Yarın tər məməsi, sinə haçası. Yuxu məni aldı gələn gecəsi, Gül üzündən öpüşmədik, ayrıldıq Biz doymadıq yarın şirin dilindən, Şəkər parçasından, lǝbi-balından, Mina gərdənindən, incə belindən, Hayıf oldu, sarışmadıq, ayrıldıq. Vaqifəm, üstümə gəlməz xas əli, Silinmədi heç könlümün pas ǝli. Nə müddətdir, canan bizdən küsəli, Könlün alıb barışmadıq, ayrıldıq.
Sayfa 13 - Kitab KlubuKitabı okudu
··
1 artı 1'leme
·
237 görüntüleme
Kitabsever okurunun profil resmi
youtu.be/zPJyn618qoE?fea... Musiqili şəkildə oxudum. Bəlkə dinləyərsən, dost🌼
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.