Werther, sən də favorit bədbəxt obrazlarımdansan artıq <3
10/10
·126 syf.··
Beğendi
·
2024 1. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Şubat 2024 00:22
Biri yazıb, Werther iyi çocuktu, amma fena bir kusuru vardı. imkansızı seviyor ve sırf seviyor diye sevileceğini zannediyordu. Eh Goethe, necə də gözəl kitab yazmısan. Elə kitab ki, insanları depresisyaya salıb, kütləvi şəkildə intihara sürükləyib. Elə kitab ki, sırf buna görə bir müddət qadağan olunub. Və elə kitab ki, bütün bunlarla bərabər Goethe'yə məşhurluğu gətirib. Keçək elə o kitaba. Dramı xüsusi sevirəm deyə uzun müddətdir, adı diqqətimi çəkirdi. Genç Wertherin Acıları. Biz də gənc, acı desen cürbəcür :) Başladıq oxumağa. Elə ilk səhifələrdən hiss və düşüncələrin təsviri o qədər gözəl yazılmışdı ki, istəsəm də, istəməsəm də Wertherin dilindən yazılan hər sözlə razılaşırdım. Onun sevdiyi hər şeyi mən də sevirdim. Sevmədiyinə nifrət edirdim. Sonunu təxmin edə - edə, hətta əmin ola-ola, ümidlə onun həyat yolunun möcüzəli şəkildə yekunlaşacağını düşünürdüm. Amma təbii ki, eşq...İmkan vermədi bizim gənc Werther'ə. Gənc yaşında qarşılaşdığı nişanlı Lotte bizim Wertherin taleyini tamam dəyişdi. Detalları bölüşməyə ehtiyac yoxdur. Çoxunun da bildiyi kimi melankonik və depresiv kitabdır. Ağladırmı ağladır. Amma əsl klassika olduğunu adama dibinə qədər hiss etidirir. Tövsiyə olunur. Johann Wolfgang Von Goethe Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2024150,1bin okunma
·
59 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.