Gönderi

184 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Kitab özümüzü sevməyi öyrənməyimizə və həyatımızı yaxşılaşdırmaq üçün bir nömrəli seçimdir. Luiza Hey bu kitabda 21 gün ərzində hər gün müəyyən fəaliyyətlər və tapşırıqlarla bizə öz sevgimizi qazanmağımıza kömək edir. Bu çalışmaların hər biri kiçik başlıqla desək "Güzgü işi" çalışmalarıdır. Bu metod olduqca yararlı və faydalıdır. Mən 21 gün ərzində bütün tapşırıqları etdim və 21 gün öncəki mənlə indiki mən arasında çox fərq var deyə bilərəm. Yaşamım artıq öncəkindən daha da gözəldir. Çünki artıq mən özümü daha çox sevir və mənalı həyat yaşamağı öyrənmişəm. Bununla yanaşı Luiza Hey sayəsində, və də bu kitab sayəsində artıq daha sağlam münasibətlər qururam. Luiza Heyində dediyi kimi bizə mənfi təsir göstərən insanları həyatımızdan çıxarmalı və onların yerinə daha sağlam və gözəl qəlbli insanlarla münasibət qurmalıyıq. Həmçinin onlara sevgimizi göstərərək, eyni sevgini qat-qat artıq şəkildə ala biləcəyimizdən bəhs edir. Kitaba başlamadan öncə bu tapşırıqları hər gün axsatmadan edəcəyinizə özünüzə söz verməlisiniz. Çünki yalnız bu şəkildə kitab sizin üçün faydalı ola bilər. İlk başlarda Güzgü çalışması sizi axmaq və ya dəli kimi hiss etdirə bilər, bunu məndə ilklər də yaşadım,amma zamanla bu iş bir alışqanlığa çevrilir və artıq harada öz əksinizi görsəniz, özünüzə pozitiv affirmasiyalar deməyə başlayırsınız. Hər gün, gün ərzində pozitiv affirmasiyalar təkrarlamaq sizə çox gözəl təsir edəcək. Özünüzü sevməyi və təqdir etməyi əsla unutmayın!
21 günə Həyatını Dəyiş
21 günə Həyatını DəyişLuiza Hey · Teas Press · 202228 okunma
·
172 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.