Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

21 günə Həyatını Dəyiş

Luiza Hey

Yorumlar ve İncelemeler

Tümünü Gör
184 syf.
9/10 puan verdi
Əslində kitabı alarkən bu qədər təsirli olacağını heç düşünməmişdim. İç səsimizin bizi özümüz də fərqində olmadan necə yarğıladığını kitabı oxuduqdan sonra özüm haqqında dəyişən düşüncələrim sayəsində hiss etdim. Bəzən etdiyim kiçik, əhəmiyyətsiz səhvlərə görə iç səsimin sanki düşmanımmış kimi davranmasının fərqində belə deyildim. Artıq düşüncələrimə qarşı daha oyaq davranıram. Məncə 21 gün kimi qısa müddətdə düşüncələrində və həyatlarında gözəl dəyişikliklər etmək istəyənlər üçün çox faydalı kitabdır. 🩷
21 günə Həyatını Dəyiş
21 günə Həyatını DəyişLuiza Hey · Teas Press · 202228 okunma
Reklam
184 syf.
·
Puan vermedi
Bu kitabın adı hamıya qəribə gəlir, görəsən 21 gündə həyat dəyişmək olar, mən əminəm ki, bu kitabı oxuduqdan sonra hər şey etmək olar, kitabdan azda olsa öyrəndiklərim bunlardır/Heç vaxt pozitiv düşünməyin, özünüzü həmişə sevin, güzgü qarşısında özünüzə hər gün sevgi göndərin axmaqca görünə bilər ama etdikdən sonra anlayacaqsınız, içinizdə uşaqi sevin nə qədər böyük olsaq da hamının içində bir uşaq var, keçmişi unudun, səhvlərinizi bağışlayın, həmişə içinizə pozitiv düşüncə göndərin əsas insanın içidir, içini gözəl edənin hər şeyi gözəl olar, əsəbi olduqda düşünün, əsəbləşməyə dəyərmi, yastığı yumruqlayin, güzgü qarşısında söhbət edin, kasıb düşüncəsini beyninizdən atın, çünki pis düşünən pis yaxşı düşünən yaxşı olar, özünüzü qorxutmayin, səbrli olun, özünüzü tərifləyin, mənfi cəhətləri sevgi ilə yanaşın, bədəninizin qayğısına qalın, son olaraq bacardığınız qədər özünüzü sevin, neqativ düşünən insanlardan uzaq durun.
21 günə Həyatını Dəyiş
21 günə Həyatını DəyişLuiza Hey · Teas Press · 202228 okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Kitab özümüzü sevməyi öyrənməyimizə və həyatımızı yaxşılaşdırmaq üçün bir nömrəli seçimdir. Luiza Hey bu kitabda 21 gün ərzində hər gün müəyyən fəaliyyətlər və tapşırıqlarla bizə öz sevgimizi qazanmağımıza kömək edir. Bu çalışmaların hər biri kiçik başlıqla desək "Güzgü işi" çalışmalarıdır. Bu metod olduqca yararlı və faydalıdır. Mən 21 gün ərzində bütün tapşırıqları etdim və 21 gün öncəki mənlə indiki mən arasında çox fərq var deyə bilərəm. Yaşamım artıq öncəkindən daha da gözəldir. Çünki artıq mən özümü daha çox sevir və mənalı həyat yaşamağı öyrənmişəm. Bununla yanaşı Luiza Hey sayəsində, və də bu kitab sayəsində artıq daha sağlam münasibətlər qururam. Luiza Heyində dediyi kimi bizə mənfi təsir göstərən insanları həyatımızdan çıxarmalı və onların yerinə daha sağlam və gözəl qəlbli insanlarla münasibət qurmalıyıq. Həmçinin onlara sevgimizi göstərərək, eyni sevgini qat-qat artıq şəkildə ala biləcəyimizdən bəhs edir. Kitaba başlamadan öncə bu tapşırıqları hər gün axsatmadan edəcəyinizə özünüzə söz verməlisiniz. Çünki yalnız bu şəkildə kitab sizin üçün faydalı ola bilər. İlk başlarda Güzgü çalışması sizi axmaq və ya dəli kimi hiss etdirə bilər, bunu məndə ilklər də yaşadım,amma zamanla bu iş bir alışqanlığa çevrilir və artıq harada öz əksinizi görsəniz, özünüzə pozitiv affirmasiyalar deməyə başlayırsınız. Hər gün, gün ərzində pozitiv affirmasiyalar təkrarlamaq sizə çox gözəl təsir edəcək. Özünüzü sevməyi və təqdir etməyi əsla unutmayın!
21 günə Həyatını Dəyiş
21 günə Həyatını DəyişLuiza Hey · Teas Press · 202228 okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
21 günə Həyatını Dəyiş - Review
Öncəliklə onu vurğulamaq istəyirəm ki, bu kitabın haqqında hisslərim o qədər dərin olmuşdur ki, eyni hissləri ikinci dəfə oxumaqla yaşadım. İndiki zamanda insanlar öz daxili aləmləri ilə problemlər yaşayırlar, xüsusilə də içimizdəki uşağın gün keçdikcə daha da solmağa başlaması. Kitabda olan interaktiv fəaliyyətlər, "Güzgü" çalışmaları, gündəlikdə olan yazılı işlər və daha nələr nələr var ki sizi bu kitaba çox bağlayacaq. Bəyənəcəyinizi ümid edirəm :)
21 günə Həyatını Dəyiş
21 günə Həyatını DəyişLuiza Hey · Teas Press · 202228 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.