Gönderi

200 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Ağrını bilən bir oğlanın hekayəsi…
Sevərək, maraqla və üzülərək oxuduğum bir kitabdır. (SPOİLƏR var!) Kiçik yaşlarında ailə sevgisi görməyən, ailəsi tərəfindən döyülən və bir zaman da ölməyi istəyən kiçik bir uşağın hekayəsi. Öz düşüncələri, insanları başa düşmə bacarığı ilə digərlərini təəccübləndirən bir uşaq. Yaşadığı çətinlik onu sanki çox tez böyütmüşdü. Bəzən bir çoxlarının həyatında baş verən hadisələr, dəyişikliklər onu olduqca tez böyüməyə vadar edir. Zeze də onlardan biri idi. Və onun sadəcə 5 yaşı var idi. Ən əsası bilirsiniz nədir? Onun həyatını portuqaliyalı tamam dəyişmişdi. Təsəvvür edin bir vaxtlar böyüyəndə öldürmək istədiyi adam onun üçün bir müddət sonra ən sevdiyi adam olur. Bir növü mənəvi atası kimi olmuşdu ona. Və onun ölümüylə Zeze həyatının ən böyük zərbəsini aldı. Bizi uçurumdan çıxaran insanla bizi yenidən o uçuruma salan insanın eyni insan olması kimi idi. Kitab haqqında uzun-uzun danışa bilərik. Hadisələr, rollar və.s Tövsiyyə edə biləcəyim bir kitabdır. Xoş oxumalar
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022232,9bin okunma
·
1 artı 1'leme
·
130 görüntüleme
Sisu okurunun profil resmi
Ən sevdiklərimdən🤍
Aytaj okurunun profil resmi
Mənim də🫶🏻
Aytaj okurunun profil resmi
❤️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.