Şəkər Portağalı

José Mauro de Vasconcelos

Yorumlar ve İncelemeler

Tümünü Gör
200 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Ağrını bilən bir oğlanın hekayəsi…
Sevərək, maraqla və üzülərək oxuduğum bir kitabdır. (SPOİLƏR var!) Kiçik yaşlarında ailə sevgisi görməyən, ailəsi tərəfindən döyülən və bir zaman da ölməyi istəyən kiçik bir uşağın hekayəsi. Öz düşüncələri, insanları başa düşmə bacarığı ilə digərlərini təəccübləndirən bir uşaq. Yaşadığı çətinlik onu sanki çox tez böyütmüşdü. Bəzən bir çoxlarının həyatında baş verən hadisələr, dəyişikliklər onu olduqca tez böyüməyə vadar edir. Zeze də onlardan biri idi. Və onun sadəcə 5 yaşı var idi. Ən əsası bilirsiniz nədir? Onun həyatını portuqaliyalı tamam dəyişmişdi. Təsəvvür edin bir vaxtlar böyüyəndə öldürmək istədiyi adam onun üçün bir müddət sonra ən sevdiyi adam olur. Bir növü mənəvi atası kimi olmuşdu ona. Və onun ölümüylə Zeze həyatının ən böyük zərbəsini aldı. Bizi uçurumdan çıxaran insanla bizi yenidən o uçuruma salan insanın eyni insan olması kimi idi. Kitab haqqında uzun-uzun danışa bilərik. Hadisələr, rollar və.s Tövsiyyə edə biləcəyim bir kitabdır. Xoş oxumalar
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022232,7bin okunma
Reklam
195 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Uşaqlar-ən həssas yanaşdığım bir mövzudur. Bilmirəm bəlkə də bu mənim öz uşaqlığımla bağlıdır ya necə? Bu əsəri oxuduqca, bir uşağın mühitin təsirinlərindən, maddiyyat problemlərindən dolayı yaşadığı və keçirdiyi gərgin hisslərlə tanış oldum. Bəlkə bir vaxtlar unutduğum hisleri yenidən yaşadım...kim bilir? Ahh, kaş bu dünyada heç ac uşaq qalmasın, istədikləri hər şeyi anında əldə edə bilsinlər... Kaş, bu dünyada heç valideynsiz uşaq böyüməsin, hər iki valideyni ilə böyüsün. Hər iki valideyni olan uşaqlar tam xoşbəxtlərmi guya? Xeyr, əlbəttə... Valideynin varlığı ilə bərabər diqqət, sevgi və böyük bir qayğı ilə böyüsün. O qədər uşaqlar var ki, ailəsi tamdır, amma xoşbəxt deyil. Diqqətə acdır, sevgiyə acdır, nəvazişə acdır. Bu səbəbdən dolayı ən kiçik nəvazişə qurban olurlar. Pis niyyətli insanların şirin dilinə aldanırlar. Axı, bilmirlər. Ayrı bilmirlər ki, əsl sevgi ilə hiylənin fərqi nədir? Başa düşə bilmirlər. Təbii ki, bütün baş verənlərin günahkarları 100-ə 90% valideynlərin özüdür. Bütün imkanları vermək, düzgün övlad yetişdirmək, onu hər tərəfli təmin etmək deyil. Bəzən uşaqların sadəcə kiçik bir nəvazişə ehtiyac var. Sadəcə bir sığala... Əsl insan yetişdirmək, şəxsiyyət formalaşdırmaq hər bir şeydən əvvəl ailenin daxilində başlayır. Əsl insan məhz orda yetişir....
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022232,7bin okunma
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Şəkər Portağalı
Kitab çox gözəl idi. Həqiqətən yazıçı insanların qəlbini isidən və bəzən də parça-parça edən bir əsər yazıb. Bu əsərdə Zeze-nin həyatı və yaşadığı çətinliklər həqiqətən insana təsir edir.
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022232,7bin okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.