Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"-Sən hansı dünyada yaşayırsan, Qael? XVIII əsrdə yaşamırıq, qadınlar artıq öhdəliklər daşıyır və kişilərdən heç nə tələb etmirlər! -Mənim də dediyim elə budur. Qadınlar hər şeylərini itirirlər. -Qanunlar dəyişib. Qadınlar artıq azaddırlar. Ehtiraslarının arxasınca gedirlər. Artıq kişilərin istəklərinə görə davranmırlar. -Bəs onda kişi hesabı ödəməyəndə niyə sifət turşudurlar? Niyə gecə klublan onlar üçün ödənişsizdir? Niyə evli qadınlar striptiz dərsinə gedirlər? Hərlənib-fırlanıb yenə də eyni nöqtəyə gəlirik. Bir tərəfdə göbək rəqsi, bir tərəfdə pul. -Əsas şeyi unudursan: sevgi, hisslər. -Həqiqətən heç nə başa düşmürsən. Qadınların bir zindanı var, o da məhəbbətdir. Həmişə hisslərinin qurbanı olacaqlar. Bir əsr davam edən mübarizə bu xroniki zəifliyə qarşı heç nə edə bilmədi. Simon de Bovuar "ikinci cins"inə rəğmən, Sen-Jermen de Presin ən gözəl aldadılmış qadını idi. Qanunları dəyişdirə bilərsən, amma genetik kodu əsla. Bəlkə milyon il sonra mümkün ola..."
Sayfa 284 - 67Kitabı okudu
·
5 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.