Salam, dedektif sevməyənlərə bu janrı sevdirəcək əsər məhz elə bu əsərdir. Bu kitab haqda istəyərəm ki, çox danışım. Aqatadan sözün əsl mənasında həzz alaraq oxunulacaq bir kitabdır. Əsərdə baş verən hadisələrin ətraflı və məntiqli ardıcıllığı məni heyran etdi deyə bilərəm. Əsər haqda qısa danışmalı olsam ; Bilinməyən bir adaya, bilinməyən şəxs tərəfindən dəvətlər göndərilir. Və adaya 10 qonaq dəvət olunur. Bir ada və sadəcə 10 nəfər...Heç bir qaçış yoxdur...Bu 10 nəfər arasında həyat mübarizəsi öz əksini tapır. Dedektif əsər olsada əsərdə dediyim kimi həyat mübarizəsi, aclıq, bir-birilərinə qarşı başlayan nifrət əsərdə qısa müddətdə üzə çıxır. Aqatadan əsər oxuyacaqsanızsa ilk məhz bu əsəri oxuyun deyərəm. Aqata Kristinin yenə özünün möhtəşəm ağıla sahib olduğunu bu əsər boyunca deyir... Ramin XudaverdiyevOn Zənci BalasıAgatha Christie