Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

404 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"Əvvəllər adamları "Dörd yolayrıcı"nda asardılar.
Kitabı indi oxuyub bitirdim. Özümü boşluqda hiss edirəm. Kitab sizə hər oxuduğunuzda fərqli və qeyri-adi hisslər yaşadır. Burda kitabın məzmunundan danışmayacam. Sadəcə qısaca onu deyim ki, əhvalat Embruoz Eşli, onun ölən əmisinin oğlu və oğulluğa götürdüyü Flipp Eşli və Embrouzun evləndiyi Florensiyalı gənc qadın əmiqızı Reyçel arasında cərəyan edir. Bir gün Embrouz qəflətən bərk xəstələnir və əmisi oğlu yeni həyat yoldaşı haqqında ondan qəribə məktublar alır. Embrouz ölür və Reyçel onun evinə gəlir. Bəs niyə gəlir? Ölən ərinin mirası üçün? Əsər ümumiyyətlə bir kişi ağzından verildiyi üçün (obraz təhkiyəsi ilə) əmiqızı Reyçelin bir qadın kimi gerçək xarakterini açmaq qeyri-mümkün idi. Elə də oldu. Təəssüf ki, Reyçelin həqiqətən Embrouzu zəhərləyib öldürdüyünü, yoxsa olanların sadəcə Embrouzun xəstəliyinin bir effekti olduğunu ayırd etmək çox çətindir. Embrouzun məktubları, Flippin təhkiyəsi Reyçeli günahlandırırdı, lakin mən bir qadın kimi Reyçelin yalnız "kişi kimi" düşünən, qadınları mülk və əşya kimi görən insanlarla mübarizəsini haqlı görürdüm. Bunları qadın düşüncəsi kimi görə bilərsiniz. Ancaq özünüzə sual verin. Reyçelin yerində olsa idim mən nə edərdim?
Əmiqızı Reyçel
Əmiqızı ReyçelDaphne du Maurier · Teas Press · 201841 okunma
·
9 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.