Gönderi

448 syf.
10/10 puan verdi
·
Read in 3 days
Bu kitaba oxuduğum üç kitab varkən başladım.Amma o qədər məni içinə çəkdi ki,digərlərindən daha tez bitdi.Rüzgâr'ın gücü,mükəmməlliyyətçiliyi və ayaqda durmaq üçün hissizliyinə,duyğularının olmamasına gizlənməsi,əslində isə heç kimsəyə göstərmədiyi o kiçik qızın duygusallığını da içində gizlətməsini anlamaq olurdu.Ailəsinin evində çox da xoşbəxt olmamasına baxmayaraq fərqli bir dünyanın olduğuna və bu evdən özünün,eləcə də anası və bacısının xilas ola biləcəyinə sonsuz inanır.O kiçik qız böyüyür və çox güclü bir qadın olur.Tam hər şey qaydasına düşdü deyərkən həyat bir növ ona özünü xatırladır.Və ilk olaraq psixolojik şiddətlə başlayıb,daha sonra fiziki şiddətə qədər gedə bilən çətinliklərlə qarşılaşır.Bu yol Rüzgâr'ı çox dəyişdirir.Artıq çox yorulur,əvvəlki kimi mükəmməl ola bilmir.Amma bu proseslərin gedişində də ən böyük dəstəkçisi Tuna olur.Tuna obrazı o qədər gözəl yazılmış bir obraz idi ki,həqiqətən həyatda Tuna kimi biri var mı deyə düşündürtdü.Biri Tuna kimi sevə bilər mi?Tuna kimi mərhəmətlə yanaşa bilər mi?Həqiqi həyatda Tunalara çox ehtiyacımız olduğunu da hiss etdirdi... Şiddətin hər bir forması qəbuledilməzdir.Şiddətə məruz qalan şəxs günahkar deyil və ya özünü zəif hiss etməməlidir.Şiddəti həyata keçirən "insan"dır burda günahkar.Onun qarşısında güclü dura bilmək,susmamaq,Rüzgâr kimi mübarizə aparmaqdır önəmli olan... Son zamanlarda heç bir kitab bu qədər ağlada bilməmişdi məni...
Rüzgara Dokunmak
Rüzgara DokunmakK. Kübra Berk · Ephesus Yayınları · 20202,589 okunma
·
23 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.