Gönderi

Gözəl
Yenə varaqlandı könül kitabım, Bir sənin, bir sənin eşqinlə, gözəl. Düşündüm gül açır, bülbül oxuyur, Bir sənin, bir sənin eşqinlə, gözəl. Sinəmə bir eşqin sazını asdım, Hər könül nəğməmi o dedi, yazdım. Çox eşqin səsinə qulaq da asdım, Bir sənin, bir sənin eşqinlə, gözəl. Gah odsuz, alovsuz pərvanə oldum, Eşqinlə güləcək divanə oldum. Bəlkə yüz gözələ biganə oldum, Bir sənin, bir sənin eşqinlə, gözəl. Qəm-kədər üzünə tutanda pərdə, Qəmləndi çaylar da, şəlalələr də. Sandım-doğur günəş, gülür səhər də, Bir sənin, bir sənin eşqinlə, gözəl. Sənsiz bir anıma dedim bir ildi, Dərdimi nə bacı, nə ana bildi. Məhəbbət önündə qəddim əyildi, Bir sənin, bir sənin eşqinlə, gözəl.
Məmməd Araz
Məmməd Araz
·
166 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.