Məmməd Araz

Məmməd ArazSeçilmiş Əsərləri author
Author
8.2/10
7 People
54
Reads
22
Likes
2,499
Views

About

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur (1993-cü ildən). 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə Məmməd Araz Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
Full name:
Məmməd İnfil oğlu İbrahimov
Title:
Şair, Publisist, Tərcüməçi
Birth:
Nursu, Naxçıvan MSSR, Azərbaycan, 14 October 1933
Death:
Bakı, Azərbaycan, 1 December 2004

Readers

22 readers liked.
54 readers read.
1 readers are reading.
9 readers will read.
1 readers left half.
Reklam

Quotes

See All
Fikirlər dolanır başımda min-min, Görən doğrudanmı oxunmur şeir? Görən doğrudanmı insan qəlbinin İncə hisslərinə toxunmur şeir?
Bir də ki, dünyaya gələn gedəcək, Ölümə yalvarma, ümid nahaqdır.
Reklam
Soruşdum birindən şairəmmi mən? Özüm ki, özümü öyə bilmərəm! Cavabı asanca qopdu dilindən: - Hələ ölməmisən, deyə bilmərəm...
Eşidirsən: pıçıldayır yıxılan, duran, Dünya sənin, Dünya mənim, Dünya heç kimin...
Baharın nə gözəl çağları gəlmiş, Bülbülü çağırır gül səhər-səhər. Vətənin eşqiylə dil açıb yenə Könlümün sazında tel səhər-səhər.

Updates

See All
yüz il qulağımın dibində qışqır, ürək eşitməsə, qulaq eşitmir. 🍃
Məmməd Araz
Məmməd Araz
Gözəl
Yenə varaqlandı könül kitabım, Bir sənin, bir sənin eşqinlə, gözəl. Düşündüm gül açır, bülbül oxuyur, Bir sənin, bir sənin eşqinlə, gözəl. Sinəmə bir eşqin sazını asdım, Hər könül nəğməmi o dedi, yazdım. Çox eşqin səsinə qulaq da asdım, Bir sənin, bir sənin eşqinlə, gözəl. Gah odsuz, alovsuz pərvanə oldum, Eşqinlə güləcək divanə oldum. Bəlkə yüz gözələ biganə oldum, Bir sənin, bir sənin eşqinlə, gözəl. Qəm-kədər üzünə tutanda pərdə, Qəmləndi çaylar da, şəlalələr də. Sandım-doğur günəş, gülür səhər də, Bir sənin, bir sənin eşqinlə, gözəl. Sənsiz bir anıma dedim bir ildi, Dərdimi nə bacı, nə ana bildi. Məhəbbət önündə qəddim əyildi, Bir sənin, bir sənin eşqinlə, gözəl.
Məmməd Araz
Məmməd Araz
Reklam
Məni şeirimdə gəz, bir insan kimi. Qəlbimdə nə varsa, ona demişəm. Anadan-bacıdan gizlətdiyimi Kağızdan, qələmdən gizlətməmişəm.🍃
Məmməd Araz
Məmməd Araz

Comments and Reviews

See All
Henüz kayıt yok