Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

424 syf.
8/10 puan verdi
·
14 günde okudu
Kitab çıxandan bəri haqqında bir-birinə zidd fikirlər duyurdum, Facebook qruplarında hətta çox insan görürdüm, deyirdilər ki, əsər "klişe" fikirlərdən ibarətdir, başqa kitablardan oğurlanıb və s. O zaman sizə bir sual verim: motivasiya tipli kitablar niyə kifayət qədər oxunur? Yəni insanı maksimum nə qədər, hansı üsullarla motivasiya etmək olar ki?) Və ya bir fikir çox insan tərəfindən, əxlaqi meyarlara uyğun olaraq düz hesab edilirsə, yazıçı fərqli yazmaqçün onu səhvmi göstərməlidi? Qısası deməyim odu ki, insan hissləri, niyə intihar doğru seçim deyil, müharibə, sevgi, yarım qalmış arzular, din və s. "klişe" mövzulardısa o zaman gərək kitabların yarısını ayırıb tullasınlar. Bu mövhumlar əksər kitablarda yer alır, əsas məsələ bunların insana necə çatdırıldığıdır, insanda hansı duyğular yaratdığıdır, nə qədər dərindən təsir etdiyidir. Yerli yazıçımız da, məncə, kifayət qədər geniş fantaziyası ilə bunu bacarıb, indiyə qədər oxşarını görmədiyim bir iş ortaya çıxarıb. Ən sevdiyim hissə kitablar haqqında obrazımızın dediyi fikirlərin yer aldığı bölümlər idi. Kitabdan həmçinin kifayət qədər yeni məlumatlar öyrənmək mümkündür, yazıçı Bosniya və Herseqovinanı elə təsvir edib ki, getməyim gəldi lap. Bir az bəyənmədiyim, bəzən təkrar mövzulara toxunulurdu kitabda, bir də bu janrın oxuyucusu deyiləm.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,036 okunma
·
91 görüntüleme
aliyva.n okurunun profil resmi
Qatılıram, öz incələməmdə qeyd etdiyim kimi, əgər bir kitab bizə nəsə qazandırırsa onda kitaba və yazıçıya qarşı haqsızlıq etmək doğru deyil. Məndə əvvəl biraz önyarğılı olsamda kitabı bəyənərək oxumuşdum. Xüsusilə də müharibənin dəhşətli üzü çox yaxşı təsvir edilmişdi.
Həsən Əliyev okurunun profil resmi
Oxudum paylaşımınızı, eynən mən də sevəcəyimi gözləmirdim, nəsə haqda fikir bildirəndə (mövzu yalnız kitab deyil) dediklərimizin fərqində olmalıyıq.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.