Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

128 syf.
10/10 puan verdi
«Home isn’t always a place is it?»
Fevral ayında rəfimdə olan heç bir kitabı oxumadım, bu kitab sifarişim əlimə çatana qədər. Bu ay oxuyacağım ilk kitab bu olsun istəmişdim. Son illərdə ən bəyəndiyim kitablardan biri oldu; Əsas hadisələr itkin düşmüş(evini axtaran) bir oğlanın qarlı və kimsəsiz düzlükdə təkbaşına addımlaması ilə başlayır, daha sonra onun bu yolçuluğuna sıra ilə köstəbək, tülkü və at qoşulur. Kitabın 70%-ni rəsmlər təşkil edir ki, bu “yazarın” əslində rəssam olması ilə bağlıdı. Charlie Mackesy tərəfindən yazılan ilk və tək “cizgi-roman” sayılır. Daha sonra eyniadlı qısa(35 dəq) animasiya filmi də çəkilmiş və Charlie Mackesy həm də filmə rejissorluq etmişdir. Kitabı oxuyandan sonra filmi izləməyinizi də şiddətlə tövsiyə edirəm. Mənimsə kitab barədə deyəcək bir-iki sözüm var; Bəzən hamımız zaman-zaman öz evimizi itirmişik kimi hiss edirik, getdiyimiz yolda bir anlıq durub düşünürük, “bu yol məni hara aparır” deyə. Həmin anlarda xatırlamalı olduğumuz bir gerçək olduğunu kəşf etdim bu kitabı oxuyanda: “İnsan əgər öz yolunu(özünü) itiribsə, irəlilədiyi yolda tapdıqları nə qədər dəyərli olur olsun, özünü tapmadan heç nəyi tapmış sayılmır. Bəzən gerçəkləri, reallıqları özümüzə deyəcək cəsarətimiz olmur, bizim ən qəddar olduğumuz anlar özümüzü qınadığımız anlardı. Kitabı oxuyanda özünüzü görəcəyiniz bir(və ya bir neçə) xarakter olacaq. Bəzən itmiş oğlan, bəzən “obsessed” köstəbək, bəzən səssiz və təmkinli tülkü və bəzənsə anlayışlı və güclü at… Kim olursunuz olun, bu halınızla yetərli olduğunuzu xatırlayın. Filmdə və kitabda ən sevdiyim hissələrdən biri bu idi: çay daşlarının üstündə oturan uşaq, əyilib sudakı əksinə baxır və köstəbəyə sual verir; “Isn't it odd? We can only see our outsides, but nearly everything happens on the inside” (“Tuhaf değil mi? Sadece dışımızı görebiliyoruz ama neredeyse her şey içimizde oluyor”) Əminəm ki, hər oxuyanda(və izləyəndə) yeni bir şey görəcəyiniz kitab(film) olacaq. Və son olaraq “Home isn’t always a place is it?” Xoş mütaliələr…
The Boy, the Mole, the Fox and the Horse
The Boy, the Mole, the Fox and the HorseCharlie Mackesy · HarperOne · 20192,419 okunma
·
2 artı 1'leme
·
101 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.